AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər Süd Yolu qalaktikasının ilkin nüvəsinin harda yerləşdiyini öyrəniblər

23.09.2022 /

Gaia adlı kosmik teleskop tərəfindən əldə edilmiş məlumatlar əsasında alimlər Süd Yolu qalaktikasının ilkin nüvəsinin harda yerləşdiyini aşkar ediblər. Məlum olub ki, bizim qalaktikanın ilkin nüvəsi Oxatan bürcündə yerləşir və o, qədim ulduzlar qruplaşması formasındadır. Süd Yolu qalaktikası məhz həmin qruplaşma ətrafında formalaşıb. Alimlərin sözlərinə əsasən həmin qruplaşmada Süd Yolu qalaktikasının ən qədim ulduzları yerləşir. “Biz uzun müddət ərzində güman edirdik ki, qədim ulduzlardan ibarət bu cür nəhəng qruplaşma Süd Yolunun hardasa mərkəzində yerləşməlidir. Gaia kosmik teleskopu isə bizlərə bu qruplaşmanın yerləşdiyi yeri göstərib” - deyə alimlərdən biri qeyd edib.

Bizim qalaktikamızın ilkin nüvəsi dairəvi protoqalaktika (qalaktikanın inkişaf dövrünün ilk mərhələsi) şəklindədir və o, kosmik məkanın demək olar 18 000 işıq ili sahəsini əhatə edir. Onun kütləsi Günəşin kütləsindən 100 milyon dəfə daha böyükdür. “Bu tədqiqat bizlərə, Süd Yolu qalaktikasının ilkin formalaşma mərhələsi barəsində daha çox məlumat verir. Biz daha əvvəllər də ulduzlardan ibarət bu qruplaşmanın parıltılarını müşahidə edirdik. Lakin yeni tədqiqat çərçivəsində biz ona sanki səmadan yerə baxdığımız şəkildə baxa bilərik” - deyə alimlərdən biri qeyd edib.

Süd Yolu qalaktikasının mərkəzindən olan ulduzlar adətən metallarla zəngin olurlar. Həmin metallar isə öz növbələrində daha əvvəlki ulduz qruplaşmalarının partlayışları nəticəsində yaranıblar. Buna görə də alimlər yeni tədqiqat çərçivəsində öz diqqətlərini metallarla az zəngin olan ulduzların axtarışlarına yönəldiblər. Bu cür ulduzlar isə qalaktikanın formalaşma prosesinin əvvəlində yaranmış ola bilərlər. Nəticədə alimlər 18 000 ədəd qədim ulduz aşkar ediblər və həmin ulduzlar məhz Süd Yolu qalaktikasının köhnə nüvəsi rolunda çıxış edirlər. Söhbət, 12.5 milyard və daha çox yaşa sahib ulduzlardan gedir.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap