AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın bağlanış mərasimi Şuşada keçirilib

26.09.2022 /

22-23 sentyabr 2022-ci il tarixlərində AMEA-da keçirilən “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın bağlanış mərasimi bu gün Şuşada, Cıdır düzündə baş tutub.

Bağlanış mərasimində Biologiya və Tibb, Yer, eləcə də Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinə daxil olan institut və təşkilatların nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra vətən yolunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bağlanış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Qarabağın azad olunması, eləcə də bu ərazilərin yenidən tədqiqi üçün imkanların yaradılmasına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, əzəmətli ordumuza konfrans iştirakçıları adından təşəkkürünü bildirib. Əlavə edib ki, Qarabağda aparılan tədqiqatlara həsr olunmuş ötənilki və builki konfransın keçirilməsi məhz ölkə Prezidentinin qətiyyəti və ordumuzun qüdrəti sayəsində mümkün olmuşdur.

Akademik İradə Hüseynovanın sözlərinə görə, torpaqlarımızın işğaldan azad olunmasından sonra bu ərazilərimizə soydaşlarımızın Böyük Qayıdışı ilə yanaşı, elmin də “Böyük Qayıdış”ı başlamışdır.

Vitse-prezident hazırda alimlərimizin əsas vəzifələrindən birinin bu torpaqların biomüxtəlifliyini dərindən öyrənmək, burada aparılan yenidənqurma işlərinə elmi dəstək vermək olduğunu diqqətə çatdırıb. O, bu məqsədlə elmdə canlanma yaradılmasının zəruriliyindən danışıb.

Bu gün dünyada elmi, təhsili güclü olan ölkələrin nüfuz sahibi olduğunu vurğulayan akademik İradə Hüseynova qeyd edib ki, elmi tədqiqatların daha müasir səviyyədə aparılması, elmimizin gücləndirilməsi zəruri məsələlərdəndir: “Biz, Azərbaycan alimləri də çalışmalıyıq ki, elmimizin və təhsilimizin nüfuzunu yüksəldək, ölkəmizin digər istiqamətlərlə yanaşı, elm sahəsində də beynəlxalq aləmdə söz sahibi olmasına dəstəyimizi göstərək”.

Çıxışının sonunda akademik İradə Hüseynova gələn il Şuşa şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş möhtəşəm konfransın keçirilməsini arzu edib, tədbir iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Neft-Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov çıxış edərək Azərbaycan alimlərinin Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları ilə bağlı apardıqları tədqiqatları daha da gücləndirməsinin vacibliyindən danışıb. O, azad olunmuş ərazilərimizdə çox sayda bioloji, ekoloji, geoloji tədqiqatların aparılmasına böyük ehtiyac duyulduğunu bildirərək, bu istiqamətdə işlərin sürətləndirilməsinin zəruriliyinə toxunub.

Akademik Fəxrəddin Qədirov konfransın gedişatı haqqında məlumat verib, tədbirin yüksək səviyyədə təşkilinə görə AMEA-ya, xüsusilə Biologiya və Tibb Elmləri Bölməsinə minnətdarlığını bildirib.

Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev tədbirin Qarabağın təbii ehtiyatları ilə bağlı elmi fikirlərin mübadiləsi baxımından əhəmiyyətli olduğunu bildirib. İşğaldan azad olunmuş ərazilərin radioekoloji monitorinqinin aparılmasında AMEA mütəxəssislərinin yaxından iştirak etdiyini deyən alim bu ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün xəritələrin çəkilməsi istiqamətində işlərin görüldüyünü diqqətə çatdırıb.

Professor Çingiz Əliyev konfransın keçirilməsinin önəmindən bəhs edərək qeyd edib ki, bu tədbir Azərbaycan alimləri qarşısında ciddi məsələlər ortaya qoyub, bu əraziləri bərpa etmək üçün tədqiqatlar aparılmasının əhəmiyyətini aşkara çıxarıb.

Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov meşələrlə yanaşı, yay otlaqları ilə zəngin olması ilə seçilən bu ərazilərə vaxtilə respublikamızın digər rayonlarından olan vətəndaşlarımızın heyvanlarını gətirdiklərini bildirib, bu sahələrin bitki tərkibinin, otlaq sahələrinin tutumunun öyrənilməsinin əhəmiyyətinə toxunub. Alim bu baxımdan Azərbaycan alimləri qarşısında mühüm vəzifələrin dayandığını söyləyib.

Professor Elşad Qurbanov bu kimi mötəbər konfransın bağlanış mərasiminin məhz Şuşa şəhərində keçirilməsini təşkil etdiklərinə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Tədbirdə, həmçinin Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Zoologiya İnstitutunun baş elmi işçisi, biologiya elmləri doktoru Asif Manaflı, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Zaman Məmmədov, Yaxın Şərq Universitetinin professoru, Şimali Kipr Türk Cümhuriyyətinin Ətraf Mühit Mərkəzinin direktoru Salih Gücel, Təbriz Tibb Universitetinin professoru Əziz İftixari və digərləri çıxış edərək konfransın fəaliyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, tədbirdə səsləndirilən fikir və təkliflər Qarabağla bağlı aparılan tədqiqatlara öz əhəmiyyətli töhfəsini verəcək.

Bağlanış mərasiminin sonunda konfrans iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə Azərbaycan alimlərinin azad edilmiş ərazilərdə elmi tədqiqatların bərpasına baxışlarını əks etdirən müraciətin ünvanlanması qərara alınıb.

Tədbirdən sonra konfrans iştirakçıları Şuşa şəhərində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Molla Pənah Vaqifin məqbərəsinə, şəhərin tarixi mərkəzini əhatə edən qala divarları - Şuşa qalasına, eləcə də “Güllələnmiş heykəllər” adlandırılan və Bülbülün Ev-muzeyində yerləşən Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəllərinə baxış keçiriblər.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap