AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

DİM: Gələn il magistraturaya qəbulda dəyişikliklər olacaq

05.10.2022 /

Dövlət İmtahan Mərkəzi (DİM) 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmağa hazırlaşan bakalavrlara müraciət edib.

Mərkəzdən bildirilib ki, 2023-cü ildən etibarən imtahanlarda bakalavrların xarici dil üzrə oxuyub-anlama bacarığının daha dərindən yoxlanılması məqsədilə qrammatik və leksik dil biliklərini yoxlayan test tapşırıqlarının sayının 5 vahid azaldılması, əvəzində isə oxuyub-anlamanı yoxlayan test tapşırıqlarının sayının 5 vahid artırılması nəzərdə tutulur. İmtahan verənlər yeni model test tapşırıqları ilə yaxın vaxtlarda çap olunacaq “Magistr” jurnalının 2-ci nömrəsində tanış ola biləcəklər.

Qeyd edək ki, magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

Xarici dillər üzrə mövcud proqramlarda xarici dillərin tədrisinin əsas məzmunu dil və nitq sahəsində bilik və bacarıqların formalaşdırılması, nitq fəaliyyətinin bütün formaları (eşidib-anlama, oxuyub-anlama, danışıq və yazı bloku) üzrə kompleks şəkildə tədrisi, xarici dil təliminin həyatla əlaqəsinin möhkəmləndirilməsi, yəni dil sahəsində qazanılmış bilik və bacarıqların nitq vərdişlərinə çevrilməsi istiqamətinə yönəldilir. Mövcud imtahan modeli bakalavrların xarici dil üzrə eşidib-anlama, oxuyub-anlama, qrammatik və leksik dil biliklərini yoxlayan test tapşırıqlarını özündə ehtiva edir.

Xatırladaq ki, 2024-cü ildən etibarən isə magistratura səviyyəsinə qəbul imtahanlarında xarici dil bloku üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması da nəzərdə tutulur.

azertag.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap