Fizika üzrə Nobel mükafatının qaliblərinin adları məlum olub
05.10.2022 /Fransız fizik, kvant optikası üzrə mütəxəssis Alain Aspect, kvant mexanikası üzrə ixtisaslaşmış amerikalı fizik John F. Clauser və kvant informasiyası sahəsində çalışan avstriyalı alim Anton Zeilinger 2022-ci il üzrə Fizika sahəsində Nobel mükafatının qalibi olublar.
Alimlər Bell bərabərsizliklərinin pozulmasını təyin edən və Kvant məlumat elmi olan dolaşıq fotonlara dair təcrübələrə görə bu mükafata layiq görülüblər.