AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

22H2 yenilənməsindən sonra Windows 11-də faylların yüklənmə və kopyalanma sürətləri aşağı düşüb

06.10.2022 /

Windows 11 üçün bir neçə müddət bundan öncə istifadəyə verilmiş 22H2 adlı yenilənmə istifadəçiləri tamamilə yeni funksiyalar ilə təmin etməklə yanaşı həmçinin onlara bəzi problemlər də yaşada bilər. Microsoft təmsilçisi bildirib ki, 22H2 yenilənməsini əldə edəndən sonra Windows 11-də falların digər kompüterdən uzaqdan yüklənməsi və hətta lokal faylların kopyalanması sürəti 40% aşağı düşə bilər. Microsoft şirkətinin tətbiqlər üzrə baş meneceri olan Ned Pyle-ın sözlərinə əsasən faylların yüklənmə və kopyalanma sürətlərinin aşağı düşməsi halı məhz Windows 11 22H2-ni əhatə edir. Bu Server Message Block (SMB) adlı protokolun istifadəsi ilə faylların digər kompüterdən uzaqdan yüklənməsi zamanı baş verir.

Serverdən uzaqdan yüklənmə zamanı faylların kopyalanma sürətinin aşağı düşüb-düşmədiyi bilinmir. Heç istisna deyil ki, problem yalnız digər kompüterdəki faylların uzaqdan yüklənməsini əhatə etsin. Microsoft özü də buna tam dəqiq cavab verə bilmir. Belə ki, Ned Pyle-ın sözlərinə əsasən yaranmış problem SMB kodunda deyil. Buna görə də problemin nə zaman aradan qaldırılacağı barəsində dəqiq bir məlumat vermək mümkün deyil. Hal hazırda Microsoft sözügedən problemin həll üsulunun axtarılması ilə məşğuldur. Məlumatda qeyd edilib ki, kopyalama və ya yükləmə sürətinin aşağı düşməsi halı böyük həcmli faylların bir kompüterdən Windows 11 22H2 əməliyyat sistemli digər kompüterə uzaqdan yüklənməsi zamanı müşahidə olunur.

Maraqlısı ondadır ki, Windows-un digər versiyalarında bu problem müşahidə edilmir. Ned Pyle sözügedən problemin aradan qaldırılmasına kimi kontentlərin robocopy və xcopy adlı əmrlər sətri tətbiqləri vasitəsilə kopyalamağı təklif edir. Bu halda istifadəçilər /J parametrindən istifadə etməli olacaqlar. Microsoft təmsilçisi bu üsul üçün kod nümunəsini təqdim edib: robocopy \someserversomeshare c:somefolder somefile.ned /J.  Bu kod nümunəsindən istifadə edən zaman someserver, someshare və somefolder hissələrinə düzgün istiqamətlənməni, somefile hissəsinə isə kopyalanan faylın adını yerləşdirmək lazımdır.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap