AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Avropa Birliyi öz regionundakı elektron cihazların USB Type-C ilə təchiz olunmaları qanununu qəbul edib

06.10.2022 /

2024-cü ilin sonuna kimi Avropa Birliyi regionundakı bütün elektron mobil cihazlar məcburi şəkildə USB Type-C girişi ilə təchiz olunmalı olacaqlar. 2026-cı ildən başlayaraq isə bu qanun həmçinin noutbuklara şamil olunacaq. Bu qərar Avropa Parlamentində keçirilmiş səsvermənin nəticələrinə əsasən qəbul edilib. Qəbul edilmiş yeni qanuna əsasən avropalı istehlakçılar bundan sonra yeni cihaz əldə etdikləri zaman əlavə şarj cihazı almalı olmayacaqlar. Belə ki, kiçik və orta ölçülü bütün elektron cihazlar vahid şarj girişi ilə təchiz olunacaqlar. Bu qanun mobil telefonları, smartfonları, planşetləri, rəqəmsal kameraları, qulaqlıqları, portativ konsolları, səsgücləndiriciləri, elektron kitabları, klaviaturaları, mouse-ları, portativ naviqatorları və noutbukları əhatə edir.

Əgər bu və ya digər cihaz naqil vasitəsilə şarj olunursa və ona 100 vatt gücündə cərəyan şiddəti kifayət edirsə, o, USB Type-C girişi ilə təchiz olunmalıdır. Bundan əlavə olaraq sürətli şarj texnologiyasını dəstəkləyən bütün cihazlar da vahid şarj girişi ilə təchiz olunmalıdırlar. Belə ki, şarj cihazları vahid şarj girişini əldə edən elektron cihazlar ilə uyğunlaşmalıdırlar. Bu halda şarj cihazlarının göstəriciləri xüsusi təyinatlar ilə qeyd olunacaqlar və istifadəçilər həmin təyinatlar vasitəsilə şarj cihazlarının rahat seçimini reallaşdıra biləcəklər. Avropa Parlamenti əmindir ki, qəbul edilmiş bu yeni qanun istehlakçılara şarj cihazlarının alınması məsələsində ildə ümumilikdə 250 milyon dollar vəsait qənaət etmək imkanını verəcək.

Təkcə bu cür şarj cihazları hər il Avropa Birliyi regionunda 11 000 ton həcmində elektron tullantıların yaranmasına gətirib çıxarırlar. Qəbul edilmiş bu qərar yaxın zamanda təsdiqlənəcək və Avropa Birliyinin rəsmi jurnalında dərc ediləcək. Jurnalda dərc olunduqdan 20 gün sonra isə qanun qüvvəyə minəcək. Yeni qanun qüvvəyə minəndən sonra Avropa Birliyi ölkələrinə 12 ay vaxt veriləcək. 12 ay ərzində həmin ölkələr öz yerli qanunvericiliklərini bu yeni qanuna uyğunlaşdırmalı olacaqlar. Əlavə 12 ay isə yeni qanuna keçid üçün veriləcək.

2018-ci ildə mobil telefonlar üçün olmuş şarj cihazlarının yarısı USB micro-B girişi ilə təchiz olunub. Şarj cihazlarının yerdə qalmış 29%-i USB Type-C girişi, 21%-i isə Lightning girişi ilə təchiz olunub. Avropa Parlamenti tərəfindən qəbul edilmiş yeni qanun həmçinin Apple şirkətini də əhatə edəcək. Qeyd etmək lazımdır ki, Apple uzun müddətdir ki, cihazlarda vahid USB Type-C girişinin istifadəsi ideyasına qarşı çıxır. Belə ki, şirkət öz smartfonlarında hələ də Lightning girişindən istifadə edir. Digər bütün istehsalçılar isə artıq uzun zamandır ki, USB Type-C girişinə keçid ediblər.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap