AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Ay Yer kürəsi ilə digər planetin toqquşmasından bir neçə saat sonra formalaşmış ola bilər

07.10.2022 /

Məşhur olan fərziyyəyə əsasən milyardlarla il bundan öncə Yer kürəsinin nəzəri hesab edilən Teya adlı planet ilə toqquşması nəticəsində planetimizin peyki olan Ay yaranıb. Alimlər illərlə bu prosesin necə baş verdiyi üzrə müxtəlif nəzəriyyələr yaratmağa çalışırlar. Lakin bu məsələyə yekun nöqtə hələ də qoyulmayıb. Bununla belə mütəxəssislər tərəfindən reallaşdırılmış yeni kompüter modelləşdirməsi variantlardan birini sərgiləyib. NASA mütəxəssisləri tərəfindən aparılmış yeni kompüter simulyasiyası onu göstərib ki, planetimizin peyki olan Ay Yer kürəsi ilə Teyanın toqquşmasından bir neçə saat sonra formalaşmış ola bilər. Ayın necə yarandığını anlamaq üçün onun barəsində olan müxtəlif məlumatlardan istifadə etmək lazımdır. Buna misal olaraq Ayın kütləsini, orbitini, tərkibində olan kimyəvi elementləri və s. gətirmək olar. Bu məlumatlar əsasında müxtəlif ssenarilər hazırlanır və həmin ssenarilər Ayın mümkün yaranma proseslərini sərgiləyirlər.

Ayın yaranması ilə bağlı olan fərziyyələr yaxın keçmişdə Yer kürəsinin peykinin özəlliklərinin bəzi aspektlərini anlamağa kömək edirdilər. Əsas sirlərdən biri onda idi ki, Ayın kimyəvi tərkibi ilə Yer kürəsinin kimyəvi tərkibinin oxşarlıqlarını necə izah etmək olar? Alimlər materialları onların izotop tərkiblərinə əsasən analiz edə bilirlər. Bu isə obyektin necə və harda yaranmasına cavab verən əsas kimyəvi üsuldur. Ay səthindən əldə edilmiş nümunələrin laboratoriya şəraitində analizləri onu göstərdi ki, onların izotop tərkibləri Yer kürəsinin süxurlarına bənzəyir. Bu isə ona işarə edə bilər ki, Ayın tərkib hissəsini təşkil edən materialın böyük hissəsi uzaq keçmişdə Yer kürəsinə məxsus olub. Aparılmış əvvəlki kompüter modelləşdirilmələrində Teyanın Yer kürəsi ilə toqquşmasından sonra ondan ayrılmış parçaların orbitdə az miqdarda Yer kürəsi parçaları ilə birləşdikləri əks olunurdu.

Hal hazırda bu ehtimal o qədər də inandırıcı deyil. Belə ki, bu cür ehtimalda Ay nümunələri ilə Yer kürəsi süxurları arasındakı oxşarlıq bu qədər yüksək olmazdı. Alimlər düşünürlər ki, real görünən varianta əsasən Ayın formalaşmasında daha çox Yer kürəsindən ayrılmış parçalar böyük rol oynayıb. Bu ehtimal əsasən də daha çox Ayın səthini əhatə edir. Beləliklə mütəxəssislər tərəfindən reallaşdırılmış yeni kompüter modelləşdirilməsinə əsasən Ay Teya planeti ilə Yer kürəsinin toqquşmasından bir neçə saat sonra formalaşmış ola bilər. Daha əvvəllər isə bunun bir neçə gün və hətta il ərzində baş verdiyi düşünülürdü. Bu fərziyyənin təsdiqlənməsi və ya təkzib edilməsi üçün alimlər NASA-nın Ay proqramı çərçivəsində Yer kürəsinə çatdırılacaq yeni Ay nümunələrini analiz etməlidirlər. 

technote.az

Tweet
ANNOUNCE
  • 13.03.2026
  • 11.03.2026
  • 11.03.2026
  • 06.03.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap