AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Akademik Arif Həşimova özbəkistanlı nazirdən təşəkkür və dəvət məktubu göndərilib

10.10.2022 /

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin imzası ilə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimova Özbəkistan Respublikasının innovativ inkişaf naziri İbrohim Abdurahmonov tərəfindən təşəkkür və Daşkənd şəhərində keçiriləcək “İnnoWeek.uz” Beynəlxalq İnnovativ İdeyalar Həftəsində iştirakla bağlı məktub göndərilib. Məktubda deyilir:

“AMEA-nın prezidenti v.i.e, akademik A.M.Həşimova

Hörmətli Arif Məmməd oğlu!

İcazə verin, göstərdiyiniz qəbula və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin nümayəndə heyətinin təcrübə keçməsi zamanı sərf etdiyiniz vaxta görə Sizə təşəkkürümü bildirim. Biz elm və innovasiya sahəsində qarşılıqlı faydalı əlaqələrin inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndiririk.

Bu səfər nazirliyin nümayəndələri üçün böyük məlumat bazası və əvəzsiz təcrübə qazandırdı.

Eyni zamanda, operativliyinə, peşəkar səviyyəsinə, eləcə də iki ölkənin idarələri arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəallığına görə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin əməkdaşı –  Beynəlxalq əməkdaşlıq şöbəsinin baş mütəxəssisi Hüseynova Aytən Bəxtiyar qızının fəaliyyətini xüsusi qeyd etmək istərdim.

Əminəm ki, elm və innovasiya sahəsində ixtisaslaşma və təcrübə mübadiləsi üzrə bu təşəbbüs bu sahədə səmərəli ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcını qoymuşdur.

Həmçinin icazə verin, Sizi bu ilin 17-22 oktyabr tarixlərində Daşkənddə keçiriləcək “Innoweek.uz-2022” innovativ ideyalar həftəsinə dəvət edim.

Hörmətlə,

Nazir        akademik İ.Abdurahmonov”

Qeyd edək ki, bu günlərdə akademik Arif Həşimov AMEA-da Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin nümayəndə heyəti ilə görüşüb və qonaqlar bir sıra tədbirlərdə iştirak ediblər.

science.gov.az

Tweet
ANNOUNCE
  • 13.03.2026
  • 11.03.2026
  • 11.03.2026
  • 06.03.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap