AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

MEK tərəfindən riyaziyyatçı alim Asəf Hacıyevin biblioqrafik göstəricisi çap olunub

11.10.2022 /

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, akademik Asəf Hacıyevin biblioqrafik göstəricisi çap olunub. Göstərici alimin həyatını, elmi-pedaqoji və ictimai fəaliyyətini, 1973-2021-ci illəri əhatə edən elmi əsərlərini, həmçinin onun haqqında yazılmış mənbələri əks etdirir.

Biblioqrafiyaya alimin nəşr etdirdiyi kitabları, elmi və publisistik məqalələri, respublikada və xarici ölkələrdə keçirilən konfranslardakı məruzələrinin tezisləri, habelə, redaktə etdiyi əsərlər, rəhbərlik və ya opponentlik etdiyi namizədlik (fəlsəfə doktoru) və doktorluq (elmlər doktoru) dissertasiyaları haqqında olan mənbələr daxil edilib.

Göstəriciyə daxil olan materiallar xronoloji ardıcıllıqla, əlifba sırası ilə verilib.

Həmçinin biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq üçün kitabın sonunda müştərək müəlliflərin, əsərlərinin və haqqında yazmış müəlliflərin əlifba göstəricisi verilib.

“Elm” nəşriyyatında çap olunan göstəricinin elmi redaktoru texnika elmləri doktoru, professor Yasin Rüstəmov, redaktoru Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçisi Türkan Vahidovadır.

Biblioqrafik göstərici riyaziyyat üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap