102 tələbəyə Prezident təqaüdü veriləcək
05.10.2022 /Ölkə Prezidenti cənab İlham Əliyev “2022/2023-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən 2022/2023-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və ölkəmizin ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.