AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“Gənc qızların təhsilinə dəstək-2022” kampaniyası

11.10.2022 /

Oktyabrın 11-də Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsilin İnkişafı Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə 11 oktyabr - Beynəlxalq Qızlar Gününə həsr edilmiş “Gənc qızların təhsilinə dəstək-2022” kampaniyası ilə bağlı tədbir keçirilib.

Görüşdə elm və təhsil naziri Emin Əmrullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkili Ceyhun Məmmədov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, ötən il ərzində “Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində tələbələrin təhsili, onların əldə etdiyi uğurlar, nailiyyətlər Komitə tərəfindən izlənilib, onların ehtiyacları ödənilib. Komitə sədri diqqətə çatdırıb ki, ölkəmizdə təhsilin inkişafına, onun müasir tələblərə cavab verməsinə dövlətimiz tərəfindən xüsusi diqqət göstərilir, hər kəsin bundan bərabər şəkildə faydalanması və ölkəmizə layiqli bir vətəndaş kimi yetişməsi üçün imkanlar yaradılır.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, qadınların təhsilli olması erkən yaşda nikahların, azyaşlı uşaqların ölümlərinin azalması deməkdir. Eyni zamanda, hazırda dünyada qızların ibtidai təhsilə cəlb edilməsi bir neçə yüz milyon qadının əmək bazarına daxil olmasına və ümumi daxili məhsulun daha da artmasına səbəb olur.

Emin Əmrullayevin sözlərinə görə, son dövrdə ali təhsilə müraciət edən qızların sayı oğlanların sayını üstələməyə başlayıb. Dünya Bankının hesabatlarına baxsaq, Azərbaycan iqtisadiyyatının inkişaf etməsi üçün ən qısa yollardan biri qadınların iqtisadiyyata cəlb olunmasıdır. Elm və Təhsil Nazirliyi üçün qızların təhsili əsas prioritetlərdən biridir.

Digər çıxış edənlər də öz növbəsində qızların təhsili, onların cəmiyyətdəki rolunun artırılmasının vacibliyinə toxunublar.

Sonra Elm və Təhsil Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında “Gənc qızların təhsilinə dəstək” layihəsinin birgə icrası ilə bağlı niyyət protokolu imzalanıb.

Bildirilib ki, kampaniya çərçivəsində regionlardan olan ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən, həmçinin həssas qruplardan olan 24 qızın təhsilinə dəstək veriləcək.

Daha sonra həmin qızlara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, 2021-ci ildə Dövlət Komitəsi Elm və Təhsil Nazirliyi ilə birgə Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılan “Qızlar Məktəbi”nin 120 illik yubileyi və 11 oktyabr - Beynəlxalq Qızlar Günü həsr olunmuş “Gənc qızların təhsilinə dəstək-2021” kampaniyasını həyata keçirib. Kampaniya çərçivəsində aztəminatlı ailələrdən olan, ali məktəblərə qəbul imtahanında yüksək bal toplamış 14 tələbə qıza dəstək göstərilib.

Kampaniyanın məqsədi Azərbaycanda tarixi xeyriyyəçilik ənənələrini davam etdirmək və dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların müasir təhsil imkanlarından faydalanmağına dəstək olmaqdır.

edu.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap