AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Azərbaycan dilində səs və videonu mətnə çevirən proqram istifadəyə verildi

18.10.2022 /

Əgər nə vaxtsa səs yazısını mətnə çevirməyə cəhd etmisinizsə, bunun nə qədər çətin və vaxt aparan iş olduğunu mütləq görmüsünüz. 1 saatlıq səs yazısını dinləyərək yazmaq bu sahədə mütəxəssis olmayan insanın 7-8 saat vaxtını ala bilər. Artıq Azərbaycanda yerli mütəxəssislər tərəfindən hazırlanmış, süni intellekt əsasında işləyən onlayn proqram təminatı vasitəsilə səs və videonu saatlar deyil, dəqiqələr içində mətnə çevirmək, həmçinin mətni onlayn redaktə etmək mümkündür. Onlayn proqram təminatı kimi istifadəyə verilmiş xidmət vasitəsilə alınmış mətn MS Word, Text, həmçinin videolara alt yazı əlavə etməyə imkan verən SRT formatında endirilə bilər.

Səs/video fayllarını qulaq asaraq yazmağa nisbətən dəfələrlə daha tez və ucuz mətnə çevirmək yeni imkanlar açır. Məsələn, həkimlər müayinə nəticələrini klaviaturada düymələri basmaq əvəzinə danışaraq daxil etmə vasitəsilə gün ərzində daha çox xəstəni müayinə edə bilirlər. Çağrı mərkəzində insanlar tərəfindən dinlənilməsi mümkün olmayan minlərlə saat səs yazısını mətnə çevirib axtarış və analitika aparmaq idarəçilərə doğru  qərarlar verməyə kömək edir. Jurnalistika, elmi tədqiqat, iclasların protokollaşdırılması və digər sahələrdə çalışan insanların vaxtlarının böyük bir hissəsi səs yazılarının mətnə çevrilməsinə sərf olunur. Avtomatik transkripsiya xidməti süni intellekt vasitəsilə bu sahədə insanları yorucu işdən azad edərək yaradıcı işə köklənmələrinə, qısa vaxt ərzində daha çox informasiya ilə işləmələrinə kömək edir.

Azərbaycan startapı Robotronics MMC-nin Voicedocs adlanan transkripsiya xidməti Trier Universiteti, Hannover Leybnits Universiteti, İstanbul Böyükşehir Belediyesi kimi Almaniya və Türkiyədə bir çox dövlət və özəl qurumlar, universitetlər tərəfindən istifadə olunur. MaxQDA və Atlas.ti kimi dünyada ən məşhur qualitativ elmi araşdırma üçün proqram məhsulları Voicedocs transkriptlərini import etmək imkanını dəstəkləyir. Qeyd edilən startap həmçinin NVidia şirkətinin süni intellekt sahəsində startaplara dəstək və inkişaf proqramı olan NVidia Inception proqramının Azərbaycandan olan yeganə üzvüdür. Startap tərəfindən Azərbaycan dili üçün transkripsiya sisteminin yaradılması KOBİA tərəfindən verilmiş qrant layihəsi əsasında həyata keçirilmişdir. Sistemin yaradılması üçün aparılan elmi tədqiqatlara İdarəetmə Sistemləri İnstitutu da dəstək göstərmişdir.

Qeyd edək ki, sistemi https://voicedocs.com linkinə daxil olaraq pulsuz yoxlamaq mümkündür.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap