AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti

18.10.2022 /

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti özündə müasir tariximizin bütöv bir epoxasını ehtiva edir. Bu dahi şəxsiyyət Azərbaycana bir-birindən tam fərqli iki dövrdə - keçmiş SSRİ dönəmində (1969-1982) və dövlət müstəqilliyimizin bərpasından sonrakı 10 ildə (1993-2003) rəhbərlik edib. Heydər Əliyev Azərbaycan intibahının müəllifi hesab olunur. 1969-cu ildə onun respublika rəhbəri seçilməsi ilə həyatın ritmi dəyişdi, o vaxtadək bütün sahələrdə hökm sürən durğunluq və ətalət dirçəliş və canlanma ilə əvəzləndi. İntibaha aparan yolun başlanğıcı qoyuldu.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanın taleyüklü illərini yaşadığı ağır və mürəkkəb bir zamanda xalqın təkidli çağırışına səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi. Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən, dərin iqtisadi və siyasi böhrandan xilas edərək, dayanıqlı inkişaf yoluna çıxardı. Bütün bu möhtəşəm fəaliyyətin, uzaqgörənliyin və gələcəyə hədəflənmiş strategiyanın məntiqi nəticəsidir ki, bu gün güclü və qüdrətli, dünyada sözü keçən Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla suverenliyini və müstəqilliyini qorumağa qadir olduğunu sübuta yetirdi.

AZƏRTAC Ulu Öndərimizin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

Xalqa bağışlanmış ömürdən anlar: 1969-cu il

14 iyul. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilib.

5 avqust. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.

6 avqust. Azərbaycan SSR Ali Sovetinin yeddinci çağırış beşinci sessiyasında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü seçilib.

18 sentyabr. “Kommunist” qəzetinin 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyib.

1 noyabr. Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyib.

3 noyabr. Azərbaycan kolxozçularının III qurultayında məruzə edib.

24 dekabr. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.

X X X

1969-cu il iyulun 14-nün Azərbaycan tarixində xüsusi yeri var. Azərbaycan KP MK-nın iyul plenumunda Heydər Əliyev birinci katib seçildi. Yeni birinci katib ətalət və durğunluq buzunu sındırdı, respublikada genişmiqyaslı quruculuq işləri başlandı. Bakıda o dövr üçün nadir müəssisələr - məişət kondisionerləri, dərin dəniz özülləri zavodları, “Gülüstan” sarayı, indiki Heydər Əliyev sarayı kimi yaraşıqlı binalar tikildi. Yeni Əhmədli, Günəşli kimi böyük yaşayış massivləri, mikrorayonlar salındı. Eyni zamanda, kənd təsərrüfatı dirçəldildi, pambıq, üzüm, tərəvəz istehsalı dəfələrlə artdı. Buna adekvat olaraq, kənd əhalisinin güzəranı yaxşılaşdı.

İyul plenumda yekdilliklə Azərbaycan SSR KP MK-nın birinci katibi vəzifəsinə seçilmiş Heydər Əlirza oğlu Əliyev çıxışında demişdi ki, o, qarşıda duran çətin və mürəkkəb vəzifələri tam məsuliyyətlə anlayır və bu vəzifələrin həlli üçün əlindən gələni əsirgəməyəcək.

Azərbaycan KP MK-nın avqust plenumunda geniş məruzə ilə çıxış edən Heydər Əliyev bütövlükdə iqtisadi və sosial vəziyyəti dərindən təhlil etdi, eyni zamanda, gələcəyə gedən yolun əsas istiqamətlərini müəyyənləşdirdi. Plenumda qaldırılan məsələlər və qəbul olunan qərarlar Azərbaycanın inkişaf proqramına çevrildi.

Tarixə nəzər salsaq görərik ki, 1920-ci ildən sonra Azərbaycan Mərkəzi Komitəsinin rəhbərlərinin dəfələrlə dəyişməsinə baxmayaraq, 1969-cu ilin iyuluna qədər respublika böhranlı illər keçirirdi. Uzun müddət ərzində təkcə Azərbaycanda deyil, bütövlükdə sovet cəmiyyətində hökm sürən neqativ halların mövcudluğunun respublika rəhbərliyi tərəfindən etiraf olunması bütün SSRİ-də böyük əks-səda doğurdu. Heydər Əliyev nöqsanları açıq göstərməklə yanaşı, o dövr üçün çox cəsarətli ideyalar irəli sürdü, dəqiq fəaliyyət proqramı müəyyənləşdirdi.

Daha bir mühüm faktı qeyd etmək yerinə düşər ki, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də Ermənistan SSR-lə sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpaq sahəsinin Ermənistan SSR-ə verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiqlədi. Heydər Əliyev Azərbaycan SSR-in rəhbəri seçilən kimi bu məsələni ön plana çəkdi və həmin qərarın icrasını dayandırdı. Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutaraq Moskvanın – Mərkəzi hökumətin güclü təzyiqləri qarşısında geri çəkilmədi, erməni millətçilərinin məkrli niyyətinin qarşısını qətiyyətlə aldı.

Ümumiyyətlə, Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıtdı, həm də milli varlığımızın qorunub saxlanmasında tarixi xidmətlər göstərdi.

X X X

                Heydər Əliyevin Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqdakı nitqindən:

“Azərbaycan xalqının həyatında, onun mədəniyyətinin tərəqqisində, Azərbaycan elminin inkişafında, iqtisadiyyatının yüksəlişində Azərbaycan Dövlət Universiteti böyük və səmərəli rol oynamışdır...

Azərbaycan xalqının torpağında birinci ali məktəbin yubileyi elə bir hadisədir ki, onun ictimai əhəmiyyəti Azərbaycanın dövlət hüdudlarından çox-çox kənara çıxır...

Bu gün, təntənəli yubiley günündə biz öz biliyini, öz istedadını Azərbaycan universitetinin yaranmasına və inkişafına sərf edənlərin xatirəsini hörmətlə yad edirik...

Universitetin tarixi xidməti bundan ibarətdir ki, o, Azərbaycan ali məktəbinin bünövrəsini qoymuşdur. Azərbaycan Pedaqoji İnstitutu, Azərbaycan Tibb İnstitutu, Azərbaycan Xalq Təsərrüfatı İnstitutu universitetin divarları arasında yaranmış, qüvvə toplamış və müstəqil inkişaf yoluna qədəm qoymuşdur. Əgər universiteti qüdrətli bir ağaca bənzətmiş olsaq, deyə bilərik ki, bunlar onun öz qol-budaqlarıdır...

1919-cu ildə, Azərbaycanın ictimai dairələrində universitet açmaq haqqında məsələ müzakirə olunduqda bəziləri şəkk gətirib deyirdilər ki, bu iş baş tutmayacaqdır, yaxşısı budur gəncləri xarici ölkələrin tanınmış universitet mərkəzlərində təhsil almağa göndərək. Bu gün biz həmin inamsızlara deyə bilərik ki, dörd qitənin elçiləri təhsil almaq üçün Azərbaycana gəlirlər”.

azertag.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap