AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

AMEA-da “Heydər Əliyev İli” çərçivəsində hazırlanmış Tədbirlər Planı müzakirə olunub

19.10.2022 /

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası üzrə Akademiyada fəaliyyət göstərən Komissiya ilə AMEA-nın Rəyasət Heyətinin oktyabrın 18-də birgə iclası keçirilib.

Tədbiri AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov açaraq bildirib ki, xalqımızın Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Rəyasət Heyəti tərəfindən 30 sentyabr 2022-ci il tarixli qərar qəbul edilib. Akademik Arif Həşimov qeyd edib ki, qərara əsasən, nüfuzlu Azərbaycan alimlərindən ibarət Komissiya yaradılıb, eyni zamanda, Akademiya tərəfindən icra edilmək üçün əhatəli Tədbirlər Planının hazırlanmasına başlanılıb.

Qısa müddət ərzində Tədbirlər Planı ilə bağlı AMEA-nın Rəyasət Heyətinin üzvləri, müşavirləri, elmi bölmələri və institutlarından 163 təklifin verildiyini diqqətə çatdıran akademik Arif Həşimov vurğulayıb ki, təklif olunan Tədbirlər Planında Ümummilli lider Heydər Əliyevin şəxsiyyətinə, zəngin həyat təcrübəsinə, ictimai-siyasi fəaliyyətinə həsr olunmuş çoxsaylı tədbirlər – Heydər Əliyev irsinin daha əhatəli öyrənilməsi üçün Əliyevşünaslıq istiqamətində xüsusi araşdırmaların aparılması, məqalələrin, kitabların, monoqrafiyaların, albomların, broşürlərin, Akademiyada nəşr olunan qəzet və jurnalların xüsusi buraxılışlarının nəşri, beynəlxalq və respublika səviyyəli simpoziumların, konfransların, seminarların və digər tədbirlərin keçirilməsi, müxtəlif filmlərin, videoroliklərin hazırlanması, alimlərin kütləvi informasiya vasitələrində çıxışlarının təşkil edilməsi  və s. əksini tapıb.

O, Akademiyanın Tədbirlər Planında - Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş AMEA-nın Ümumi yığıncağının keçirilməsinin, “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası” filminin hazırlanmasının, Ulu Öndərin 100 illiyi Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə eyni vaxta düşdüyü üçün Şuşada Türkiyə alimlərinin iştirakı ilə “Bir millət, iki dövlət” mövzusunda, həmçinin “Heydər Əliyev və neft strategiyası”, “Heydər Əliyev: dahilik, zaman və müasirlik” və digər mövzularda beynəlxalq və respublika səviyyəli konfransların, simpoziumların, seminarların təşkilinin təklif olunduğunu söyləyib. Bundan əlavə, akademik İsa Həbibbəylinin “Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə” kitabının, o cümlədən “Heydər Əliyev və tarix problemləri”, “Heydər Əliyev və İlham Əliyev: sabitlik, qüdrətli dövlət və qələbənin fəlsəfəsi”, “Təsviri sənətdə Heydər Əliyev obrazı” monoqrafiyalarının çapı nəzərdə tutulur. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdən birində nadir və itmək təhlükəsində olan bitkilərindən və Şərq çinarından ibarət meşə parkının salınması, ali təhsil müəssisələrinin tələbələri və ümumtəhsil müəssisələrinin şagirdləri üçün “Açıq qapı” günlərinin keçirilməsi və digər təkliflər iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Akademik “Heydər Əliyev İli” ilə əlaqədar Akademiyada yaradılmış Komissiyanın öz fəaliyyətini 2023-cü il ərzində də davam etdirməsinin nəzərdə tutulduğunu və bundan irəli gələrək sözügedən Tədbirlər Planının icrası zamanı təqdim ediləcək sanballı təkliflərin də həyata keçiriləcəyini bildirib.

Akademik Arif Həşimov çıxışının sonunda AMEA-nın geniş Tədbirlər Planının təsdiqləndikdən sonra xüsusi dövlət əhəmiyyətli olan bir neçə nəşrin və tədbirin respublika miqyasında qeyd olunması üçün müvafiq dövlət orqanına göndəriləcəyini söyləyib.

Daha sonra akademiklər – İsa Həbibbəyli, Rasim Əliquliyev, İradə Hüseynova, Tofiq Nağıyev, Gövhər Baxşəliyeva, Adil Qəribov, Fikrət Əliyev, Akif Əlizadə, Yaqub Mahmudov, Nailə Vəlixanlı, Əhliman Əmiraslanov, Qərib Məmmədov və başqaları çıxış edərək qeyd olunan təkliflərlə bağlı fikirlərini səsləndiriblər.

Sonda “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Tədbirlər Planının müvafiq düzəlişlərdən sonra yekun variantının yaxın günlərdə təsdiqlənməsi qərara alınıb.
science.gov.az

Tweet
ANNOUNCE
  • 13.03.2026
  • 11.03.2026
  • 11.03.2026
  • 06.03.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap