AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

BDU-da təlim: Düzgün peşə seçimi gələcək karyeranın təməlidir

20.10.2022 /

Bakı Dövlət Universitetində (BDU) Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal Rayon Gənclər və İdman İdarəsi və Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na uyğun olaraq gənclər arasında ixtisas və peşə seçimi, əmək bazarı, məşğulluq haqqında məlumatlılıq səviyyəsini və peşəkarlığı artırmaq məqsədilə “Düzgün peşə seçimi gələcək karyeranın təməlidir” mövzusunda təlim keçirilib.

Bu barədə BDU-dan məlumat verilib.

Təlimdə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, ordudan tərxis olunmuş, işsiz və işaxtaran gənclər iştirak ediblər.

Əvvəlcə Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə həsr olunmuş tanıtım çarxı nümayiş olunub, iştirakçılara sorğu-anket vərəqələri təqdim edilib.

Tədbirdə Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov “Gənclərin məşğulluğunun və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi dövlət gənclər siyasətinin əsası kimi” mövzusunda məruzə ilə çıxış edib.

İ.Səfərov bildirib ki, gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi qarşıda duran başlıca vəzifələrdəndir. Gənclərin məşğulluğunun dəstəklənməsi məqsədilə aidiyyəti dövlət orqanları, qeyri-hökumət təşkilatlarının iştirakı ilə birgə layihələrin həyata keçirilməsi və onların səmərəliliyinin qiymətləndirilməsi xüsusi önəm daşıyır.

Bakı Regional Məşğulluq filialının Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Mehriban Əliyeva “Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və strategiya”, şöbənin aparıcı mütəxəssisi Rəvanə Bəylərzadə “Əmək yarmarkalarının təşkili, gənclərin peşə hazırlığına cəlb edilməsi və gənclərin özünüməşğulluq proqramı” mövzularında çıxış ediblər.

Sonra mövzu ətrafında diskussiyalar aparılıb, iştirakçıların sualları cavablandırılıb.

azertag.az

Tweet
ANNOUNCE
  • 13.03.2026
  • 11.03.2026
  • 11.03.2026
  • 06.03.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap