AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Yer kürəsinə ən yaxın məsafədə yerləşdiyi güman edilən qara dəlik kəşf edilib

24.10.2022 /

Amerikalı alimlər Yer kürəsinə ən yaxın məsafədə yerləşdiyi güman edilən qara dəliyi kəşf ediblər. Kəşf edilmiş qara dəlik Yer kürəsinə o qədər yaxın məsafədə yerləşir ki, o sanki planetimizin “arxa küçəsindədir”. Kosmosda qara dəliyi aşkar etmək çox qəliz məsələdir. Belə ki, hətta işıq belə onun hadisələr üfüqi adlandırılan nöqtəsindən geri qayıda bilmir. Lakin qara dəliklər bəzən qazı, tozu, ulduzu udan və ya bir-biriləri ilə toqquşduqları zaman müəyyən şüalanmalar ifraz edə bilirlər və məhz həmin şüalanmaların hesabına onları təyin etmək mümkün olur. Buna baxmayaraq kosmosda qara dəliklərin hansı sayda olduqlarını təyin etmək çətindir.

Bu mövzuya həsr edilmiş xüsusi layihə çərçivəsində alimlər Avropanın Gaia adlı teleskopu tərəfindən kəşf edilmiş 200 000 ədəd ikili ulduz sistemi barəsində məlumatları analiz ediblər. Həmin sistemlər arasından alimlər yüksək kütləli görünməyən kosmik obyektin ətrafında dövr edən ulduzları təyin etməyə çalışıblar. Bu cür ulduzlara namizəd ola biləcək kosmik obyektləri seçəndən sonra alimlər onların işıq spektrlərini müşahidə etməyə başlayıblar. Qara dəliyin qravitasiyası öz ətrafında dövr edən ulduzun işıq spektrinə təsir göstərir. Nəticədə alimlərin diqqətlərini bir ulduz sistemi çəkib. Həmin sistemdə Günəşin kütləsindən bir qədər aşağı kütləyə sahib ulduz görünməyən obyektin ətrafında dövr edir və həmin obyektin kütləsi 12 dəfə daha böyükdür.

Təyin edilmiş ulduz görünməyən obyektin ətrafında tam dövrü 185 günə reallaşdırır. Alimlərin hesablamalarına əsasən sözügedən qara dəlik Yer kürəsindən 1550 işıq ili məsafəsində yerləşir və heç istisna deyil ki, o, Yer kürəsinə ən yaxın məsafədə yerləşən qara dəlikdir. Yer kürəsinə ən yaxın məsafədə yerləşən qara dəlik statusunu əldə edə biləcək digər namizədlər də var. Onlardan ən yaxın məsafədə yerləşəni isə V Pup adlı ulduz sistemindəki obyektdir. Həmin obyekt Yer kürəsindən 960 işıq ili məsafəsində yerləşir. Lakin onun qara dəlik olub-olmadığı hələ təsdiqlənməyib.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap