AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Gələn il köhnə Windows versiyalarında Chrome brauzerinin dəstəyi dayandırılacaq

27.10.2022 /

Google şirkəti Windows 7 və Windows 8.1 əməliyyat sistemləri üçün Chrome brauzerinin final versiyasını gələn ilin əvvəlində istifadəyə verməyi planlaşdırır. Söhbət, Chrome 110 versiyasından gedir. Onun 7 fevral 2023-cü il tarixində istifadəyə veriləcəyi güman edilir. Beləliklə Chrome 110 versiyası Windows 7 və Windows 8.1 əməliyyat sistemləri üçün təqdim olunacaq son versiya olacaq. Ondan sonra Google öz brauzerinin sözügedən əməliyyat sistemlərində dəstəyini dayandıracaq. Problem ilk baxışdan göründüyündən daha ciddidir. 2009-cu ildə istifadəyə verilməsinə və 2020-ci ildə dəstəyinin dayandırılmasına baxmayaraq Windows 7 hələ də çoxlu sayda cihazda çalışmağa davam edir.

Keçən ilin statistikasına əsasən 100 milyon ədəd kompüter bu əməliyyat sistemi vasitəsilə çalışır. Əməliyyat sisteminin dəstəyinin dayandırılması ilə yanaşı onda köhnə versiyalı brauzerin istifadəsi öz növbəsində təhlükəsizliyi daha da aşağı salır. Təbii ki, Chrome adları sadalanmış əməliyyat sistemlərində müəyyən müddət ərzində çalışmağa davam edəcək. Lakin Windows 7 və Windows 8.1 istifadəçiləri daha əvvəlki kimi Chrome üçün təhlükəsizlik yenilənmələrini əldə etməyəcəklər. Bu əməliyyat sistemlərindən hələ də istifadə edən istifadəçilər yeni Windows versiyalarına keçid barəsində düşünməli olacaqlar.

technote.az

Tweet
ANNOUNCE
  • 13.03.2026
  • 11.03.2026
  • 11.03.2026
  • 06.03.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap