AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

James Webb teleskopu iki qalaktikanın birləşməsini sərgiləyib

28.10.2022 /

James Webb kosmik teleskopu çəkdiyi fotolarla heyrətləndirməyə davam edir. Bu dəfə teleskop iki qalaktikanın birləşməsini sərgiləyib. Yer kürəsindən 270 milyon işıq ili uzaqlığında iki qalaktika bir-birilə toqquşaraq qarşılıqlı əlaqə vəziyyətindədirlər. Birləşmə prosesində olan bu cütlük IC 1623 adlanır və o, Balina bürcündə yerləşir. Son zamanlar müxtəlif kosmik fotoları ilə insanları heyrətləndirən James Webb teleskopu bu dəfə iki qalaktikanın birləşməsini görmək imkanını verib. Birləşmə prosesi çərçivəsində bu qalaktikalarda intensiv şəkildə yeni ulduzların yaranmaları baş verir. NASA-dan olan alimlərin sözlərinə əsasən bu iki qalaktikada yeni ulduzların yaranma sürəti bizim qalaktikamız olan Süd Yolunda yeni ulduzların yaranma sürətindən 20 dəfə yüksəkdir.

Hubble adlı digər məşhur kosmik teleskopunun birləşmə prosesində olan bu iki qalaktikanın daha öncə fotosunu çəkmiş olsa da, James Webb tərəfindən əldə edilmiş fotoda daha çox detalı görmək olar. Bunun səbəbi isə ondadır ki, Hubble işığın ultrabənövşəyi diapazonunda, James Webb isə infraqırmızı diapazonunda çalışmaq üçün nəzərdə tutulub. Bu öz növbəsində James Webb-ə ulduzları əhatə edən kosmik tozun o tərəfinə nəzər salmağa və daha detallı və rəngarəng fotoların çəkilməsinə imkan verir. Elmi nöqteyi nəzərdən bu cür fotolar daha çox məlumatı çatdıra bilirlər.

Alimlərin fikirlərinə əsasən çəkilmiş yeni fotoda əks olunan iki qalaktikanın birləşməsi prosesi artıq final mərhələdədir. İki qalaktika birləşəndən sonra vahid qalaktika əmələ gələcək. Lakin bu, yaxın bir neçə il ərzində baş verməyəcək. Bunun üçün bir neçə yüz və ya daha çox il lazım olacaq. Başqa sözlə desək, uzaq gələcəkdə mövcud olacaq teleskoplar bu qalaktik birləşmə nəticəsində formalaşmış vahid qalaktikanı görə biləcəklər. Bununla belə həmin vahid qalaktikada çoxlu sayda yeni ulduz mövcud olacaq.

technote.az

Tweet
ANNOUNCE
  • 13.03.2026
  • 11.03.2026
  • 11.03.2026
  • 06.03.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap