AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

SpaceX-in Starship kosmik gəmisinin ilk orbital uçuş testi gələn ayın əvvəlində baş tuta bilər

02.11.2022 /

SpaceX şirkəti gələn ayın əvvəlində bu ilin ən vacib kosmik uçuşunu reallaşdırmağı planlaşdırır. Belə ki, planlaşdırılan kosmik uçuş çərçivəsində şirkət özünün Starship kosmik gəmisinin ilk orbital uçuşunu reallaşdırmaq niyyətindədir. Sözügedən kosmik gəminin ilk orbital uçuş testi çərçivəsində 70 metr hündürlüklü Super Heavy raketi 50 metr hündürlüklü Starship kosmik gəmisini Yer kürəsinin orbitinə çatdırmalı olacaq. İndiyənə kimi şirkət Starship-in yalnız 10 km yüksəkliyə kimi test uçuşlarını reallaşdırıb. Həmin test uçuşları çərçivəsində Starship sisteminin necə çalışdığı və onun eniş prosesi yoxlanılıb. Şirkətin planına əsasən Starship-in ilk orbital test uçuşu zamanı Super Heavy raketi geri dönərək eniş edəcək.

 

Starship isə öz növbəsində 90 dəqiqəlik orbital uçuşu reallaşdıracaq. 90 dəqiqəlik orbital uçuşdan sonra isə kosmik gəmi Yer kürəsinin atmosferinə daxil olacaq və Havay adalarının sahillərindən bir neçə km aralıda suya düşəcək. ABŞ-ın Federal Aviasiya İdarəsi (FAA) sözügedən test uçuşunun reallaşdırılması üçün nəzərdə tutulmuş lisenziyanı SpaceX-ə hələ təqdim etməyib. Belə ki, şirkət bütün lazımi məlumatların FAA-ya təqdim edilməsi prosesini hələ yekunlaşdırmayıb. Bu isə öz növbəsində dekabr ayının əvvəlinə planlaşdırılan uçuş missiyasının müddətini təxirə sala bilər.

 

Qeyd etmək lazımdır ki, keçən il NASA astronavtların Aya çatdırılması missiyasında istifadə ediləcək kosmik gəmi qismində Starship-i seçmişdi. Bu missiyanın 2025-ci ildə baş tutacağı planlaşdırılır. Bu mövzu ilə əlaqədar olaraq NASA şirkət ilə 3 milyard dollarlıq müqavilə bağlayıb. Müqavilənin şərtlərindən biri də odur ki, SpaceX ilk öncə öz kosmik gəmisinin bir neçə orbital uçuş testini reallaşdırmalıdır. Dekabr ayının əvvəlinə planlaşdırılan orbital test uçuşu nəzərdə tutulmuş 4 orbital test uçuşundan birincisi olacaq. Bütün testlərdən sonra Starship SpaceX-in universal raket sisteminə çevrilə və Falcon 9-u əvəz edə bilər. 

 

technote.az

 

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap