AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Qara dəliklər kvant özəlliklərə sahib ola bilərlər

03.11.2022 /

Kvinslend Universitetinin fiziklərinin aparmış olduqları kompüter modelləşdirməsi nəzəri cəhətdən qara dəliklərdə kvant özəlliklərinin olduğunu əsaslandırıb. Bunun üçün alimlər qara dəliyin asan hesablanan və ayrılmaz özəlliyi olan kütlədən istifadə ediblər. Beləliklə qara dəliyin kütləsindən istifadə edərək alimlər nəzəri olaraq əsaslandırıblar ki, qara dəlik eyni anda milyonlarla Günəş kimi ağır və atom kimi yüngül ola bilər. Bu bir növ Şredingerin pişiyi əfsanəvi nəzəri təcrübəyə bənzəyir.

 

Qara dəliklərin müxtəlif kütlələrə sahib ola biləcəkləri üzrə fərziyyə ilk dəfə fizik Jacob Bekenstein tərəfindən irəli sürülmüşdü. Aparılmış yeni tədqiqat isə Bekenstein tərəfindən irəli sürülmüş fərziyyəni müəyyən mənada təsdiqləyir. Belə ki, riyazi nöqteyi nəzərdən qara dəliklər həqiqətən də eyni anda müxtəlif kütlələr diapazonuna sahib ola bilərlər. “Biz, qara dəliklərin eyni anda müxtəlif kütlələrə sahib ola bilib-bilməyəcəklərini aydınlaşdırmaq istəyirdik. Məlum olub ki, bu həqiqətən də mümkündür. Biz, indiyənə kimi qara dəliklərin, kvant fizikasının qəribə özəlliklərini sərgiləyib-sərgiləmədiklərini dərindən araşdırmamışıq” - deyə yeni tədqiqatın müəllifi Joshua Foo qeyd edib.

 

Əgər qara dəliklər kütlə mövzusunda kvant özəlliklərə sahibdirlərsə, deməli onlar digər faktorlar üzrə də bu cür özəlliklər sərgiləyə bilərlər. Bu, çox vacib bir məqamdır. Belə ki, biz indiyənə kimi əmin idik ki, kvant mexanikasını özündə birləşdirən subatom hissəciklər dünyası ilə bizim öz ətrafımızda bu və ya digər üsulla müşahidə etdiyimiz ənənəvi dünya kəsişə bilməz. Lakin məlum olub ki, riyazi nöqteyi nəzərdən makro obyektlər eyni anda həm ölü həm canlı ola, kvant dolaşıqlığını yarada və kvant teleportasiyasını sərgiləyə bilərlər.

 
 
technote.az
 
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap