AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Youtube istifadəçiləri birgə canlı yayımlar keçirdə biləcəklər

07.11.2022 /

Google şirkəti elan edib ki, yaxın zamanda Youtube daxilində istifadəçilər birgə canlı yayımlar keçirdə biləcəklər. İlkin mərhələdə birgə canlı yayımlar məhdud sayda istifadəçi arasında reallaşdırılacaq və istifadəçilər Youtube-un yalnız mobil versiyası vasitəsilə birgə canlı yayımlar keçirdə biləcəklər. Gələcəkdə isə bu funksiyanın istifadə imkanları daha da genişləndiriləcək. Birgə canlı yayım zamanı istifadəçilərdən biri aparıcı, digərləri isə qonaq qismində çıxış edəcəklər. Canlı yayımın işə salınması üsulunda heç bir dəyişiklik olmayacaq.

Canlı yayımı tez bir zamanda işə salmaq və ya daha öncədən planlaşdırmaq olar. Birgə canlı yayımlar “Go Live Together” düyməsi vasitəsilə işə salınacaq. Sözügedən düymə yaxın zamanda Youtube-un mobil versiyasına əlavə ediləcək. Canlı yayımdan öncə istifadəçi adi ayarlamaları reallaşdıracaq. Söhbət, canlı yayım videosunun adından, təsvirindən, monetizasiyasının aktivləşdirilməsindən və s. ayarlardan gedir. Aparıcı canlı yayımda bir neçə qonağı qeyd edə bilər. Lakin kadrda aparıcıdan əlavə yalnız bir şəxs görünə bilər.

Birgə canlı yayım zamanı ekran iki hissəyə bölünəcək. Yuxarı hissədə aparıcı, aşağı hissədə isə qonaq əks olunacaq. Canlı yayıma dəvəti təsdiq etmiş qonaq gözləmə rejimində qalacaq və hazır olduğu zaman aparıcı tərəfindən canlı yayıma daxil ediləcək. Məlumatda qeyd edilib ki, Youtube-dakı birgə canlı yayımlarda reklam elanları yerləşdirilə bilər. Lakin reklam elanlarından əldə olunan gəlir yalnız aparıcının payına düşəcək. Bununla yanaşı canlı yayım yalnız aparıcının kanalında əks olunacaq. Heç istisna deyil ki, gələcəkdə canlı yayımlar həmçinin qonaqların da kanallarında əks olunsun.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap