AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Noyabrın 10-u Sülh və İnkişaf Naminə Dünya Elm Günüdür

10.11.2022 /

Hər il noyabrın 10-da Sülh və İnkişaf Naminə Dünya Elm Günü qeyd olunur. Bu əlamətdar gün 2001-ci ildə UNESCO-nun Baş Konfransında 1999-cu ildə Budapeştdə keçirilmiş UNESCO-nun və Dünya Elmi Şurasının ortaq birliyi zamanı verilən öhdəliklər çərçivəsində təsis edilib. Məqsəd elmin cəmiyyətdəki rolunu və geniş ictimaiyyətin elmi məsələlərin müzakirəsində iştirakının vacibliyini, eyni zamanda, elmin gündəlik həyatda əhəmiyyətini və aktuallığını vurğulamaq, vətəndaşların elm sahəsindəki inkişafdan məlumatlı olmasını təmin etməkdir. Bununla yanaşı, insanların planetimiz haqqında anlayışını genişləndirmək və dayanıqlı inkişafda alimlərin rolunu vurğulamaqdır. Bu əlamətdar gün hökumət rəsmilərindən tutmuş mediaya, məktəb şagirdlərinə qədər hər kəsə sülh və inkişaf naminə elm mövzusu ətrafında fikir mübadiləsi aparmağa imkan yaradır.

AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, Sülh və İnkişaf Naminə Dünya Elm Gününün builki mövzusunda dayanıqlı inkişaf üçün fundamental elmlərin rolu vurğulanır. Builki tədbirlər, həmçinin 2022-ci il iyulun 8-dən başlamış Dayanıqlı İnkişaf üçün Beynəlxalq Fundamental Elmlər İli çərçivəsində qeyd edilir.

Dünya elminə böyük töhfələr bəxş edən dövlətlər sırasında olan Azərbaycan elm və təhsil sahəsində mühüm nailiyyətlər qazanıb. Ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsinə ardıcıl dəstək göstərilməsi, elmi-texniki potensialın qorunub saxlanılmasıdır. Yüksəkixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi aktual məsələlərdəndir. Azərbaycanın milli məhsulda elm və təhsilin çəkisini artırması, kapital resurslarının zəngin elmi bazaya, kadr potensialına yönləndirilməsi kimi mühüm addımlar atması müvafiq istiqamətdə nailiyyətlərin genişləndirilməsinə münbit şərait yaradır.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanı ölkəmizdə yeni islahatlara yol açıb. Bu Fərman elmimizin idarəedilməsinin təşkilinin səmərəli qurulmasına geniş imkanlar yaradır. Dövlətimizin başçısının 2022-ci il 15 oktyabr tarixli Fərmanı ilə “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb. Məqsəd elmi fəaliyyətin inkişafının, elmin müxtəlif sahələrində aparılan elmi araşdırmaların səmərəliliyinin artırılması, o cümlədən elmi tədqiqatların stimullaşdırılmasının təmin edilməsi, bu sahədə dövlət dəstəyinin və dövlət idarəetmə mexanizmlərinin təkmilləşdirilməsidir.

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap