AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Dövlət Proqramı çərçivəsində 2023-2024-cü tədris ili üzrə xarici ali təhsil müəssisələrinin siyahısı təsdiqlənib

10.11.2022 /

Elm və Təhsil Nazirliyi tərəfindən “2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə ilkin siyahısı müəyyən edilib.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Siyahı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın müvafiq bəndinə uyğun olaraq razılaşdırılıb.

Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin azı 80 faizinin ali təhsilin magistratura səviyyəsini əhatə edəcəyi də nəzərə alınaraq, müvafiq siyahı 15 prioritet ixtisas sahəsi (informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı) üzrə dünyanın 28 ölkəsinin 186 nüfuzlu ali təhsil müəssisələrində tədris olunan 575 bakalavriat və 3551 magistratura olmaqla, ümumilikdə 4126 təhsil proqramını əhatə edir.

Müvafiq siyahıda bakalavriat təhsil səviyyəsi üzrə yer alan ümumilikdə 575 proqramın 33 faizini fundamental və tətbiqi elmlər, 22 faizini mühəndislik, 20 faizini isə informasiya texnologiyaları təşkil edir. Magistratura təhsil səviyyəsi üzrə isə 3551 proqram arasında fundamental və tətbiqi elmlər (24 faiz), mühəndislik (19 faiz), informasiya texnologiyaları (12 faiz) və statistika və verilənlərin təhlili (10 faiz) üstünlük təşkil edir.

Qeyd edək ki, sözügedən siyahıda bakalavriat təhsil səviyyəsi üzrə informasiya texnologiyaları, mühəndislik, fundamental və tətbiqi elmlər, energetika, aviasiya və kosmos, arxitektura və dizayn, iqtisadiyyat və kənd təsərrüfatı ixtisas sahələri üzrə proqramlar yer alır.

Magistratura təhsil səviyyəsində isə Dövlət Proqramının bütün prioritet ixtisas sahələrinə aid proqramlar üzrə təhsil almaq mümkündür.

Müvafiq siyahı ilə keçiddən tanış olmaq mümkündür.

Siyahıda əks olunan xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura proqramları üzrə qəbul sənədlərini əldə etmiş şəxslər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün keçiriləcək növbəti müsabiqədə iştirak hüququ əldə edə biləcəklər.

Müsabiqə barədə ictimaiyyətə məlumat veriləcək.

azertag.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap