AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

İllik elmi müzakirələrin keçirilməsi və hesabatların hazırlanması qaydaları müzakirə edilib

14.11.2022 /

Noyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Rəyasət Heyətinin üzvləri iştirak ediblər.

İclası AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq qeyd edib ki, bu yaxınlarda keçirilmiş Akademiyanın Rəyasət Heyətinin iclasında AMEA-nın və respublikamızın digər elmi-tədqiqat müəssisə və təşkilatlarında 2022-ci ilin elmi-tədqiqat işləri üzrə hesabatlarının hazırlanması ilə bağlı bir sıra məsələlər müzakirə olunub və müvafiq vəzifələr müəyyən edilib. Bu məqsədlə verilən tapşırıqların icra vəziyyəti barədə söz açan akademik İsa Həbibbəyli elmi-tədqiqat müəssisələrində və elmi təşkilatlarda illik hesabatların hazırlanması üçün bir sıra yeniliklərin tətbiq ediləcəyini diqqətə çatdıraraq bildirib ki, əvvəlki illərdən fərqli olaraq Azərbaycan elmi qarşısında qoyulan yeni çağırışları əhatə edə biləcək yeni Qaydalar hazırlanmalı, hesabat iclaslarının keçirilməsi və ümumi hesabatların təqdim olunması mərhələsində bu yeniliklər mütləq nəzərə alınmalıdır. Yekun elmi hesabatların cəmiyyətə dolğun və əhatəli şəkildə çatdırılmasının əhəmiyyətini vurğulayan AMEA rəhbəri ilkin olaraq şöbə və laboratoriyalarda aparılan müzakirələrdə institut rəhbərlərinin, elmi-tədqiqat müəssisələrinin elmi şuralarında isə müvafiq bölmələrin əvvəlcədən müəyyən edilmiş üzvünün, bölmələrin ümumi hesabat iclaslarında AMEA rəhbərliyinin iştirakının vacibliyini xüsusi diqqətə çatdırıb. Hazırlanacaq hesabatlarda ənənədən müasirliyə keçilməsi, mövcud reallıqları özündə əks etdirə biləcək yeni qaydalara ciddi əməl olunması, elmi işlərə istinadların və yüksək indeksli jurnallarda çap olunmuş məlumatların təşviq edilməsi, elmi müəssisələrin və ayrı-ayrılıqda alimlərin müəyyən yaş kateqoriyaları üzrə elmi reytinqinin aparılması zəruri məsələlər sırasındadır. Ən müasir texnologiyaların imkanlarından istifadə olunmaqla müvafiq tədqiqat sahələrinin elmi nəticələrini dolğun əks etdirən slaydların, müqayisəli cədvəllərin, analitik təhlillərin meydana qoyulmasının vacibliyini diqqətə çatdıran akademik İsa Həbibbəyli Akademiyanın elmi bölmələrinin və elmi-tədqiqat müəssisələrinin rəhbərlərinə zəruri tövsiyə və tapşırıqlarını verib. Milli Elmi İstinad Mərkəzinin yaradılması haqqında fikir mübadiləsi aparılıb.

Bundan başqa, AMEA rəhbəri gələcəkdə Türk dünyasını əhatə edən yüksək indeksli elmi jurnalların təsis edilməsi, Akademiyada yüksək indeksli jurnallar yaratmağa nail olmaq üçün təşəbbüslərlə çıxış etməyin, düşünülmüş addımlar atmağın zəruriliyini diqqətə çatdırıb.

Müzakirələrdə akademiklər Arif Həşimov, Rasim Əliquliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva və Fəxrəddin Qədirov çıxış edərək məsələlər ətrafında öz fikir və mülahizələrini bildiriblər.

İclasda doktorantura və magistraturaya qəbulla əlaqədar məsələlər də müzakirə edilib.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap