AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

NASA Artemis 1 missiyası çərçivəsində Orion kosmik gəmisini Ay ətrafı uçuşa göndərdi

17.11.2022 /

Aylar ərzində olmuş gözləntilərdən sonra NASA sonunda Artemis 1 adlı Ay missiyası çərçivəsində özünün iki pilləli ağır Space Launch System (SLS) raketi vasitəsilə Orion kosmik gəmisini Ay ətrafı uçuşa göndərib. Raketin uçuş startı Kennedi adına kosmik mərkəzdən reallaşdırılıb. Startdan bir neçə dəqiqət sonra Orion kosmik gəmisi və raketin ikinci pilləsi əsas sürətləndirici raketdən ayrılıblar. İkinci pillə kosmik gəmiyə lazımi sürəti yığaraq düzgün istiqamətə çıxmasını təmin edəcək. Daha sonra isə kosmik gəmi artıq öz sürəti ilə Ayın orbitinə çatacaq. Qabaqda Orion-u 25.5 günlük kosmik səyahət gözləyir. Bu müddət ərzində o, Ayın orbitinə çatmalı, onun ətrafında tam dövr etməli və sonda Yer kürəsinə geri qayıtmalıdır. Əgər bu missiya uğurla yekunlaşsa, NASA bir neçə ildən sonra astronavtların Aya yollanması üzrə olacaq əsas missiyaya bir addım daha yaxınlaşmış olacaq.

Qeyd etmək lazımdır ki, SLS-in tarixi illərlə bundan öncə start götürüb. Bu sürətləndirici ağır raketin inşa edilməsinə 2011-ci ildə start verilmişdi. Onun ilk orbital uçuş testinin 2016-cı ildə reallaşdırılması planlaşdırılırdı. Lakin mövcud olmuş maliyyə problemləri səbəbilə SLS-i planlaşdırılan vaxta kimi hazırlamaq mümkün olmadı. daha sonrakı mərhələlərdə NASA mühəndisləri həmçinin bəzi texniki problemlər ilə qarşılaşdılar. Həmin problemlər isə SLS-in test olunmasını hər dəfə təxirə salırdılar. SLS-in ilk uçuşuna cəhd bu ilin avqust ayının sonunda edilmişdi. Lakin raketin mühərriklərindən birində temperatur sensorlarındakı nasazlıq və yanacaq sızıntısı raketin uçuşunu təxirə salmışdılar. İkinci cəhd 3 sentyabr tarixində edildi. Lakin həmin vaxtda hidrogen sızıntısı aşkar olunduğu üçün uçuş təxirə salındı.

Növbəti uçuş cəhdi 27 sentyabr tarixinə planlaşdırılsa da, baş vermiş tropik qasırğalar səbəbilə raket xüsusi anbara köçürülmüşdü. Mütəxəssislərin hesablamalarına əsasən NASA ümumilikdə SLS-ə 21 milyard dollar vəsait xərcləyib. Əgər reallaşdırılmış bu missiya uğurla nəticələnsə, Artemis 2 missiyası çərçivəsində Aya artıq astronavtlar yollanacaqlar. Bu halda astronavtlar Orion kosmik gəmisi daxilində Ay ətrafında dövr edərək Yer kürəsinə geri qayıdacaqlar. Gözləntilərə əsasən Artemis 2 missiyası 2024-cü ildə reallaşdırılacaq. Artemis 3 missiyası çərçivəsində astronavtların Ay səthinə ayaq basmaları isə 2025-ci ildən tez baş tutmayacaq. Qeyd etmək lazımdır ki, bunun üçün astronavtlar xüsusi eniş modulundan istifadə etməli olacaqlar. Belə ki, Orion kosmik gəmisi Ay səthinə yumşaq enişi reallaşdırmaq imkanına sahib deyil. Eniş üçün nəzərdə tutulmuş Starship HLS adlı modulun hazırlanması ilə SpaceX şirkəti məşğul olur. 

technote.az

Tweet
ANNOUNCE
  • 13.03.2026
  • 11.03.2026
  • 11.03.2026
  • 06.03.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap