AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Avropadan sonra Hindistan da öz regionunda USB Type-C-ni elektron cihazlar üçün vahid şarj girişi edəcək

22.11.2022 /

Hindistanın bir sıra nazirlik və idarələrinin nümayəndələrinin öz aralarında keçirtmiş olduqları görüş çərçivəsində onlar Hindistan bazarındakı smartfonların vahid USB Type-C girişi ilə təchiz olunmaları qərarını qəbul ediblər. İstehlakçılar üzrə məsələlər departamentinin katibi Rohit Jumar Sing bildirib ki, bu qərar istehlakçıların maraqlarına uyğun olaraq qəbul edilib və onun əsas məqsədlərindən biri də elektron tullantıların aşağı salınmasıdır. Baş tutmuş görüşün iştirakçıları yekun nəticəyə gəliblər ki, smartfonlar, planşetlər və noutbuklar üçün USB Type-C-ni alternativsiz vahid şarj girişi kimi qəbul etmək lazımdır.

Əsas funksionallığa sahib adi mobil telefonlar üçün isə çox güman ki, başqa şarj girişi standartı təyin olunacaq. Məlumatda qeyd edilib ki, Hindistanda cihazların USB Type-C girişinə keçidləri mərhələli şəkildə reallaşdırılacaq. Bu üsul ilə istehsalçılar və istifadəçilər yeni normalara öyrəşmək üçün yetəri zamana sahib olacaqlar. Qeyd etmək lazımdır ki, eyni qanun oktyabr ayında Avropa Birliyi tərəfindən də qəbul edildi. Beləliklə Avropa Birliyi regionunda satılacaq smartfonlar, planşetlər, kameralar, naqilsiz qulaqlıqlar və s. elektron cihazlar 2024-cü ildən başlayaraq USB Type-C girişi ilə təchiz olunmalıdırlar.

2026-cı ildən isə bu qanun həmçinin noutbukları da əhatə edəcək. Qərbdən geri qalmaqla Hindistan hal hazırda rəqəmsallaşma yolu üzrə hərəkət edir və COVID-19 pandemiyası bu prosesi sürətləndirib. Gözləntilərə əsasən 2025-ci ilə kimi Hindistanın rəqəmsal iqtisadiyyatının həcmi 1 trilyon dollara çatacaq. Ölkə 2026-cı ilə kimi elektron cihazların istehsalını 4 dəfə yüksəltməyi, eksportu isə 750% genişləndirməyi hədəfləyib. Bu ilin statistikasına əsasən Hindistanda istehsal edilən elektron məhsulların ümumi həcmi 76 milyard dollar təşkil edir.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap