AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Elm və təhsil naziri institutların fəaliyyəti ilə tanış olub

01.12.2022 /

Elm və təhsil naziri Emin Əmrullayev İnformasiya Texnologiyaları, Riyaziyyat və Mexanika, akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri, həmçinin İdarəetmə Sistemləri institutlarını ziyarət edib. 


Nazir institutlardakı mövcud şəraitlə tanış olub, rəhbər heyətlə görüş keçirərək bir çox məsələləri müzakirə edib.


İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet, Tədris-İnnovasiya, Multimedia Texnologiyalar, Elektron Kitabxana mərkəzlərinin iş şəraiti ilə tanış olan Emin Əmrullayev eyni zamanda institut əməkdaşları ilə fikir mübadiləsi aparıb. Görüş zamanı AMEA-nın vitse-prezidenti, institutun baş direktoru Rasim Əliquliyev institutun yaranma və inkişaf tarixi, burada həyata keçirilən innovativ layihələr və prioritet istiqamətlərdə aparılan elmi tədqiqatlar haqqında məlumat verib. Rasim Əliquliyev institutun İKT-nin müasir problemlərinə dair multidissiplinar elmi tədqiqatlar aparan bir qurum olduğunu, burada informasiya texnologiyaları və informasiya cəmiyyətinin aktual elmi-nəzəri problemlərinin araşdırıldığını bildirib.


Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovla keçirilən görüş zamanı institutun mövcud vəziyyəti, ölkəmizdə riyaziyyat və mexanika elmlərinin perspektivləri müzakirə edilib. Eyni zamanda institutda həyata keçirilən elmi-tədqiqat işləri, il ərzində nüfuzlu bazalara daxil olan jurnallarda çap olunmuş məqalələr və institutda hazırlanan elmi jurnallar haqqında geniş söhbət aparılıb. Jurnalların redaksiya heyətinin və məqalə müəlliflərinin əməyinin stimullaşdırılması məsələsi də müzakirə olunub.


Daha sonra Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov və digər əməkdaşların iştirakı ilə keçirilən görüş zamanı institutda aparılan elmi tədqiqat işləri, kadr hazırlığı, kadr potensialı, tətbiq olunmuş və tətbiqə hazır işlər, eyni zamanda qarşıda duran problemlər haqqında danışılıb, institutun bir sıra laboratoriyalarına baxış keçirilib.

 

İdarəetmə Sistemləri İnstitutunu (İSİ) ziyarət edən elm və təhsil naziri Emin Əmrullayev institutun Azərbaycan elminin inkişafında oynadığı əhəmiyyətli rol, burada aparılan tədqiqatlar, bibliometrik göstəricilər, alınan patentlər, kadr potensialı, beynəlxalq əməkdaşlıq əlaqələri barədə məlumatlandırılıb. İSİ-nin baş direktoru akademik Əli Abbasov görüş zamanı institutda aparılan praktiki əhəmiyyətə malik cari tədqiqatlar nəticəsində yerli və beynəlxalq şirkətlərlə qurulan səmərəli əməkdaşlıq əlaqələrindən danışıb, əldə olunan mühüm elmi nəticələrin kommersiyalaşdırılması istiqamətində görülən işlərdən, o cümlədən institut tərəfindən hazırlanmış “əşyalar interneti” əsasında işləyən və hazırda neft sənayesində geniş tətbiq olunan SCADA (Supervisory Control and Data Acquisition) tipli sistemdən bəhs edib.


Qeyd edək ki, görüşlər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda aparılan kompleks islahatlar kontekstində elm sahəsində həyata keçirilən tədbirlər, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, yüksəkixtisaslı kadrların yetişdirilməsi, elmi fəaliyyətin səmərəsinin yüksəldilməsi, müvafiq sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində öz fikir və mülahizələrini bölüşüb.

edu.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap