AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

James Webb teleskopu Saturnun peyki Titanın fotolarını çəkib və atmosferini incələyib

05.12.2022 /

James Webb kosmik teleskopu öz fəaliyyətini uğurla davam etdirir. Bu dəfə o, Günəş sisteminin kosmik obyektini incələyib. Belə ki, kosmik teleskop Saturn planetinin peyklərindən biri olan Titanı incələyib. Proses zamanı teleskop Titanın buludlarının və atmosferinin fotolarını çəkib. Saturn planetinin peyki olan Titan Günəş sisteminin ən maraqlı obyektlərindən biridir. Sözügedən kosmik obyektin yaşıl-mavi rəng çaları bir növ Yer kürəsini xatırladır. Bundan əlavə olaraq Titan Günəş sistemində Yer kürəsindən sonra yeganə kosmik obyektdir ki, dənizlərə, göllərə və çaylara sahibdir. Lakin onların tərkibləri heç də sudan ibarət deyil. Dənizlər, göllər və çaylardan əlavə olaraq Titan Günəş sistemində Yer kürəsindən sonra sıx atmosferə sahib yeganə kosmik obyektdir. Bununla belə onun atmosferi sıx dumanla örtülüdür. Bu isə onun səthindən əks olunan işığı görməkdə çətinlik yaradır. Lakin James Webb teleskopu üçün bu heç də çətin bir şey deyil.

NASA-nın verdiyi məlumata əsasən alimlər Titan atmosferinin incələnməsində James Webb-in infraqırmızı təchizatlarından istifadə üçün illərlə gözləyiblər. Titanın atmosferi təkcə metan buludların hesabına maraq doğurmur. Belə ki, sözügedən kosmik obyektin atmosferi Titanın keçmişi barəsində daha çox məlumat verə bilər. Məsələn alimlər Titanın həmişə sıx atmosferə sahib olub-olmadığını təyin edə bilərlər. Teleskopun sahib olduğu NIRCam adlı kamera vasitəsilə yaxın infraqırmızı diapazonda çəkilmiş fotoları incələyərək alimlər təyin ediblər ki, Titanın şimal yarımkürəsində olan parlaq ləkə faktiki olaraq böyük ölçülü buluddur. Müəyyən müddətdən sonra alimlər ikinci buludu da aşkar ediblər. Buludların aşkar edilməsi ciddi faktordur. Belə ki, buludların mövcudluğu Titanın iqlimi barəsində daha öncəki kompüter modellərini təsdiqləyirlər.

Həmin kompüter modellərinə əsasən buludlar Titanın şimal yarımkürəsində yay fəslinin sonunda formalaşırlar. Bu zaman kosmik obyektin səthi Günəş tərəfindən qızdırılır. Daha sonra alimlər aşkar edilmiş buludların hərəkət edib-etmədiklərini və öz formalarını dəyişib-dəyişmədiklərini təyin etmək istəyiblər. Bu öz növbəsində Titan atmosferinin hərəkətini incələməyə yardımçı ola bilər. NASA mütəxəssisləri Havay adalarında yerləşən Keka adlı yerüstü rəsədxana ilə əlaqə yaradıblar. Rəsədxananın mütəxəssisləri Titanda buludların mövcudluğunu təsdiq ediblər. Bununla yanaşı onların təsdiq etmiş olduqları buludlar fərqli formalara sahib olublar. Lakin atmosfer proseslərinin modelləşdirilməsi ilə məşğul olan mütəxəssislər müxtəlif günlərdə aşkar edilmiş buludların eyni buludlar olub-olmadıqlarını təsdiqləyə blməyiblər. Buna baxmayaraq buludların mövcud olmaları Titanda hava dəyişikliklərinin fəsillərdən asılı olduqlarına işarə edir. 

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap