AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

ADNSU-da “Energy Crisis and Cybersecurity” mövzusunda tədbir keçirilib

06.12.2022 /

Dekabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin tərəfdaşı olduğu “HORIZON 2020” çərçivəsində ELECTRON layihəsinin və digər bu kimi layihələrin Azərbaycanda təşviqatı ilə bağlı “Energy Crisis and Cybersecurity” mövzusunda tədbir keçirilib.

 

Tədbirdə Avropa Komissiyasının təhsil və tədqiqat, enerji və kibertəhlükəsizlik istiqamətində nümayəndələri, bu istiqamətdə Avropanın nüfuzlu təşkilatları, o cümlədən HORİZON proqramının kibertəhlükəsizlik və təhlükəsiz enerji təsnifatına aid olan layihələrinin rəhbərləri, enerji provayderləri, kibertəhlükəsizlik təşkilatlarının nümayəndələri onlayn və oflayn şəkildə iştirak ediblər.

 

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, “Prosol” şirkətinin İdarə Heyətinin sədri və həmtəsisçisi Babək Ağayev, həmçinin Yunanıstanın İnkişaf və İnvestisiyalar üzrə nazirinin müavini Christos Dimas onlayn və oflayn formatda çıxış ediblər. Çıxışlarda müasir dövrdə kibertəhlükəsizlik, süni intellektə əsaslanan təhlükəsizlik sisteminin qurulması həmçinin ekoloji və enerji təhlükəsizliyi kimi qlobal əhəmiyyət daşıyan məsələlərə toxunulub, yeni metodların tətbiqi, alternativ enerji mənbələrinin istifadəsi, dayanıqlılığının artırılması və yeni hədəflərin müəyyən olunmasından danışıılıb.

 

Tədbir plenar iclaslarla davam edib. İclaslarda Avropa Komissiyası nümayəndələrinin Avropada enerji krizisi istiqamətində çıxışları dinlənilib, Avropa və Azərbaycanın enerji provayderlərinin panel müzakirələri, həmçinin HORIZON 2020 proqramında iştirak edən uyğun istiqamətlərdə layihələrin təqdimatı, onların enerji provayderlərində informasiya təhlükəsizliyi istiqamətində həllər nümayiş olunub.

 

Bundan başqa tədbir çərçivəsində enerji provayderlərindən birinin sponsorluğu ilə “Secure Energy” Hackathonu keçiriləcək. Hackathonda ümumilikdə 100 nəfər 40 saat onlayn və oflayn formatda verilən tapşırıqları yerinə yetirəcək. Sözügedən Hackathon Azərbaycan və Avropada enerji provayderlərinin kibertəhlükəsizliyi, smart texnologiyaların tətbiqi ilə enerji şəbəkələrinin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində problemlərin həllinə yönələcək. İştirakçı komandalara həllərinin hazırlanmasında Avropa və Azərbaycandan olan mentorlar dəstək göstərəcəklər.

 

Qeyd edək ki, tədbirdə AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, dosent Elxan Səbziyev və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d. Aygün Əliyeva iştirak ediblər. 

asoiu.edu.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap