AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Mühəndislər dəniz havasından şirin su əldə edən texnologiya yaradıblar

07.12.2022 /

Amerikalı mühəndislər okean və dəniz səthindəki hava təbəqəsindən böyük miqdarda şirin su əldə etməyə imkan verən qurğunun prototipini yaradıblar. İllinoys Ştat Universitetinin (ABŞ) yaydığı məlumata görə, bu qurğu, minimum enerji sərf etməklə böyük miqdarda içməli su və suvarmaq üçün rütubət əldə etməyə imkan yaradacaq.

Universitetin professoru Pravin Kumar və onun həmkarlarının yaratdığı metod suyun təmizlənməsi və içməli hala salınması ilə bağlı bütün enerji sərfini təbiətin öhdəsinə qoyur. Onlar Günəş şüalarının suyu qızdırması nəticəsində okeanın böyük miqdarda buxar yaratmasına diqqət yetirdikdən sonra bu texnologiyanı işləyib-hazırlamaq qərarına gəliblər. Bu proses Yer planetinin xüsusən tropik və ekvatorial regionlarında intensiv baş verir. Alimlər şirin su çatışmazlığı olan 14 müxtəlif regionda buxarın toplanmasının nə dərəcədə səmərəli və iqtisadi baxımdan məqsədyönlü olduğunu hesablayıblar.

Bu hesablamaları aparmaq üçün professor Kumar və həmkarları sənaye şəraitində hündürlüyü təxminən 100 metr və eni 210 metr ola biləcək şirinləşdirici qurğunun prototipini hazırladılar. Bu texnologiya sahildən müəyyən məsafədə quraşdırılır və sahildə su toplayan stansiyaya xüsusi buxar boru kəmərinin köməyilə birləşdirilir. Bu qurğu tropiklərdə və ekvatorun yaxınlığında yerləşən böyük şəhərlərin bütün ehtiyaclarını ödəmək üçün kifayət qədər böyük miqdarda təmiz şirin su əldə edəcək.

Tədqiqatçıların fikrincə, texnologiyanın quraşdırılması xərcləri mövcud su şirinləşdirici sistemlərdən xeyli aşağı olacaq, həmçinin buxarın belə toplanması dəniz suyundan duzu ayırd edən müəssisələr kimi zəhərli əlavə məhsul yaratmayacaq. Texnologiyanın başqa bir üstünlüyü də ondadır ki, onun işinin səmərəsi nəinki azalmayacaq, əksinə, qlobal istiləşmə artdığı halda, daha da çoxalacaq.

Azərtac

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap