AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

SpaceX dövlət qurumları üçün Starlink-in daha yüksək səviyyədə qorunan versiyası Starshield-i anons edib

08.12.2022 /

SpaceX şirkəti adi istifadəçiləri internet şəbəkəsi ilə Starlink brendi vasitəsilə təmin edir. Lakin dövlət qurumları məlumatların ötürülməsi mövzusunda olan təhlükəsizliyə daha sərt tələblərə sahibdirlər. Məhz bu cür dövlət qurumları üçün SpaceX şirkəti Starshield adlı servisi anons edib. Sözügedən yeni servis Starlink-in texnologiyaları əsasında çalışır. Lakin bununla yanaşı o, əlavə imkanlara sahibdir. Starlink şəbəkəsi məlumatların ötürülməsi zamanı end-to-end şifrələmə sistemindən istifadə etsə də, milli təhlükəsizliyin maraqlarını qorumaq üçün nəzərdə tutulmuş Starshield məlumatların emalı və məxfi məlumatlarn ötürülməsi istiqamətində kriptoqrafik imkanlara sahibdir.

Bununla yanaşı Starshield sistemi xüsusi peyklərin dəstəyinə də sahibdir. Çox güman ki, söhbət, casus peyklərdən gedir. SpaceX həmçinin qeyd edib ki, o, dövlət səviyyəsində olan müştəriləri üçün sifariş əsasında xüsusi peyk variantlarını hazırlamaq niyyətindədir. Bura həmçinin faydalı yük özəlliyinə sahib xüsusi peyklər də daxildir. Əlavə olaraq Falcon 9 platforması Starshield sisteminin əsas elementlərindən biri rolunda çıxış edir. Sözügedən raket sistemi artıq uzun müddətdir ki, ABŞ hökumətinin müxtəlif məxfi missiyalarının yerinə yetirilməsində istifadə edilir. Pentaqonun SpaceX xidmətlərindən aktiv şəkildə istifadə etdiyini nəzərə almaqla SpaceX şirkəti ABŞ hökumətinin Starshield servisinə böyük maraq göstərəcəyinə ümid bəsləyir.

Bununla yanaşı heç istisna deyil ki, digər dövlətlər də sözügedən sistemdən istifadə edə biləcəklər. Bununla belə müvafiq texnologiyalar ITAR (International Traffic in Arms Regulations) qaydaları üzrə nizamlanır. ABŞ hökuməti tərəfindən tərtib edilmiş bu qaydalar sistemi müdafiə texnologiyalarının eksportunu məhdudlaşdırır. Başqa sözlə desək, SpaceX özəl şirkət olsa da, çətin ki, o, xüsusi servisləri digər ölkələrə təqdim edə bilsin. Hər halda şirkət bu cür servisləri dəqiq şəkildə Rusiya və Çinə təqdim edə bilməyəcək. Starshield sisteminin tam funksionallığı üçün Starlink v2 adlı yeni nəsil peyklərin istifadə edilib-edilməyəcəyi bilinmir. 

technote.az

Tweet
ANNOUNCE
  • 13.03.2026
  • 11.03.2026
  • 11.03.2026
  • 06.03.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap