Kainatdakı dumanlığın yaranma tarixi məlum olub
09.12.2022 /Astronomlar planetin ən parlaq və ən yaxın planet dumanlarından biri olan Cənub Halqavari Dumanlığının əmələ gəlmə tarixini açmaq üçün orbitə buraxılmış Ceyms Uebb teleskopundan istifadə ediblər.
Avstraliyanın Makuori Universitetinin mətbuat xidməti cümə axşamı bildirib ki, səma cismi 2,5 min il əvvəl kütləsi Günəşdən 2,86 dəfə böyük olan nəhəng bir ulduzun öz xarici təbəqəsini üzərindən atması nəticəsində yaranıb.
“Bu ulduz Günəşimizdən təxminən üç dəfə böyük olsa da, lakin eyni zamanda daha gənc idi. Onun cəmi 500 milyon yaşı olub”, - Sidneydəki Universitetin professoru Orsola de Marko bildirib.
Qeyd edək ki, Cənub Halqavari Dumanlığı (NGC 3132) Yerdən 2,8 min işıq ili uzaqlıqda Yelkən bürcündə yerləşir.