AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Orion kosmik gəmisi Ay ətrafı uçuşdan sonra uğurlu şəkildə Yer kürəsinə geri qayıdıb

13.12.2022 /

NASA-nın Orion kosmik gəmisi dünən uğurlu şəkildə Sakit okeana düşdü. Beləliklə sözügedən kosmik gəmi Ay ətrafı uçuşu edib Yer kürəsinə geri dönməklə və ümumi olaraq 2.5 milyon km-dən çox məsafə qətt etməklə NASA-nın Artemis-1 adlı Ay missiyasını yekunlaşdırıb. Kosmik gəminin Sakit okeana düşməsi Artemis-1 missiyasının son mərhələsi idi. Qeyd etmək lazımdır ki, bu missiyaya 16 noyabr tarixində start verilmişdi. Həmin tarixdə NASA-nın SLS (Space Launch System) adlı raketi Orion-u Ay ətrafı uçuşa yollamışdı. 25.5 gün ərzində davam etmiş Artemis-1 missiyası çərçivəsində NASA Orion-u kosmosun sərt şərtləri altında test edib. Bütün bunlar yaxın gələcəkdə astronavtları Ay ətrafı uçuşa və daha sonra onları Ayın özünə göndərmək üçün edilib.

Bu missiya Ayın incələnməsi məsələsində atılmış vacib bir addımdır. Artemis-1 missiyası çərçivəsində Orion kosmik gəmisi 2 dəfə Ay ətrafı uçuşu reallaşdırıb. Həmin uçuşlardan birində kosmik gəmi Ay səthinə rekord məsafədə yaxınlaşıb. Söhbət, 128 km məsafədən gedir. Bundan əlavə olaraq bu missiya zamanı Orion Yer kürəsindən maksimal uzaq məsafəyə yollanıb. Belə ki, missiyanın müəyyən hissəsində o, Yer kürəsindən 430 000 km uzaqlıqda olub. Bu isə astronavtların daşınması üçün nəzərdə tutulmuş kosmik gəmilər arasında rekord göstəricidir. Yer kürəsinin atmosferinə daxil olmamışdan öncə Orion mühərrikə sahib xidməti moduldan ayrılıb.

Atmosferə daxil olan zaman kosmik gəmi 2760 dərəcə Selsi temperatura tab gətirə bilib. Bu temperatur göstəricisi isə Günəşin səthindəki temperatur göstəricisindən cəmi 2 dəfə aşağıdır. Paraşüt sistemi vasitəsilə Sakit okeana düşmək üçün Orion-un sürəti saatda 40 000 km-dən saatda 32 km-ə kimi düşüb. Artemis-1 missiyasının uğurla yekunlaşması 2024-cü ildə Artemis-2 missiyasının reallaşdırılması üçün yol açır. Qeyd etmək lazımdır ki, Orion kosmik gəmisi Artemis-2 missiyası çərçivəsində Artemis-1 kimi Ay ətrafı uçuşu reallaşdıracaq. Lakin Artemis-1-dən fərqli olaraq Artemis-2 missiyası zamanı Orion daxilində artıq astronavtlar olacaqlar. 2026-cı ildə isə Artemis-3 missiyası baş tuta bilər. Həmin missiya çərçivəsində astronavtlar artıq Ay səthinə ayaq basacaqlar.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap