AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

AMEA-da “Horizon Avropa” Proqramının nümayəndələri ilə görüş keçirilib

14.12.2022 /

Dekabrın 13-də AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Avropa Komissiyasının Tədqiqat və İnnovasiya üzrə Baş Direktorluğunun Horizon Avropa Assosiasiyası bölməsinin rəhbəri Ruta Zarnauskaite və Avropa Qonşuluq Siyasəti ölkələri üzrə Qrup rəhbəri Silvia Bojinova ilə görüşüb.

Ölkə başçısı İlham Əliyev tərəfindən Avropa İttifaqı ilə əlaqələrə böyük önəm verildiyini vurğulayan akademik İsa Həbibbəyli bildirib ki, bu gün Azərbaycan ikitərəfli qaydada və beynəlxalq müstəvidə Avropa ölkələri ilə əməkdaşlıq edir.

Akademiya rəhbəri əvvəlcə AMEA-nın yaranma tarixi, əldə etdiyi nailiyyətlər, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” ölkə başçısının Fərmanından irəli gələrək Akademiyada aparılan islahatlar haqqında qonaqlara məlumat verib.

Avropa Komissiyasının “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramının elm adamları üçün təqdim etdiyi geniş imkanları vurğulayan akademik İsa Həbibbəyli Azərbaycan alimlərinin bu proqramda zəif iştirakının bir sıra obyektiv və subyektiv səbəbləri olduğunu bildirib. Qeyd edib ki, Horizon proqramlarında azərbaycanlı alimlərin iştirak etidyi layihələrin yarısı AMEA-nın payına düşür. Ölkə üzrə bu göstəricinin qənaətbəxş olmadığını deyən AMEA rəhbəri “Horizon Avropa” Proqramında Azərbaycanın elm xadimlərinin geniş iştirak etmək istədiyini, lakin proqramın şərtlərinin mürəkkəb, sənədləşmə işlərinin isə həddindən artıq çox olduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli Şərq Tərəfdaşlığı ölkələri üçün şərtlərin sadələşdirilməsinin vacibliyinə toxunub və bu addımın Avropa İttifaqına inteqrasiyaya töhfə verəcəyini söyləyib.

AMEA rəhbəri, həmçinin “Horizon Avropa” Proqramında humanitar problemlərin – unudulmuş rəqslərin bərpası, etnoqrafiya materiallarının öyrənilməsi, folklor, memarlıq əsərləri və s. istiqamətdə layihələrin az olduğunu deyib və genişləndirilməsinin zəruriliyini vurğulayıb. Akademik İsa Həbibbəyli bu cür görüşün ilk dəfə keçirildiyini və xüsusi əhəmiyyət daşıdığını söyləyib.

Sonra çıxış edən Avropa Komissiyasının Tədqiqat və İnnovasiya üzrə Baş Direktorluğunun Horizon Avropa Assosiasiyası bölməsinin rəhbəri Ruta Zarnauskaite “Horizon Avropa” Proqramı və yaratdığı maliyyə imkanlarından danışıb. Qeyd edib ki, proqramın yaratdığı imkanlardan geniş istifadə etmək üçün ölkə üzrə assosiativ üzvlüklə bağlı müqavilə imzalanması faydalı olar. Bildirib ki, assosiativ üzvlük ölkələrə layihələrdə geniş imkanlar açır və tədqiqat layihələrini qazanmaq şansını artırır. Ruta Zarnauskaite qeyd edib ki, Azərbaycan alimləri bu Proqramda daha fəal iştirak üçün yüksək potensiala malikdirlər və Avropa Komissiyası ekspertləri tərəfindən Proqramla əlaqəli məlumatlandırıcı tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Görüşün sonunda qonaqlara Bakının təsviri olan xatirə hədiyyəsi təqdim edilib və onlar AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olublar.

Görüşdə AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov, Azərbaycanın Belçikadakı səfirliyinin ikinci katibi Rəşad Ağazadə, AMEA-nın Beynəlxalq əlaqələr və xaricdə elmi tədqiqatların (təhsilin) təşkili şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva da iştirak ediblər.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap