AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Gələcəyi dəyişəcək inqilabi nailiyyət: Termonüvə sintezi zamanı daha çox enerji əldə edilib Gələcəyi dəyişəcək inqilabi nailiyyət: Termonüvə sintezi zamanı daha çox enerji əldə edilib

14.12.2022 /

Bugün ABŞ termonüvə energetikası sahəsində inqilabi nailiyyəti elan edə bilər. Gözləntilərə əsasən sözügedən sahədə elan ediləcək inqilabi nailiyyət gələcəyi dəyişə biləcək. Termonüvə sintezi ənənəvi yanacaq növlərinin və atom elektrostansiyalarının alternativ variantı ola bilər. Keçən əsrin ortalarından başlayaraq alimlər onun vasitəsilə enerji əldə etməyə çalışırlar. Lakin bütün bu illər ərzində yalnız termonüvə sintez reaksiyasının işə salınması üçün lazım olan enerjini kompensasiya edə biləcək enerji miqdarı əldə edilib. Görünür, amerikalı alimlər indiyənə kimi heç kimin nail ola bilmədiyini reallaşdıra biliblər. Məlumata əsasən ABŞ-ın Energetika Nazirliyi termonüvə energetikası sahəsindəki inqilabi nailiyyəti bugün elan etməlidir.

Elan ediləcək inqilabi nailiyyət nəzəri cəhətdən insan sivilizasiyasını sonsuz enerji ilə təmin edə bilər. Financial Times saytının verdiyi məlumata əsasən Livermor Milli Laboratoriyasının alimləri termonüvə sintezi zamanı onun işə salınması üçün lazım olan enerjidən daha çoxunu əldə edə biliblər. 2 həftə ərzində baş tutmuş təcrübələr çərçivəsində mütəxəssislər hidrogen plazmasının şüalandırılması üçün dünyanın ən böyük lazerindən istifadə ediblər. Termonüvə sintezinin işə salınması üçün 2.1 MC (meqacoul) enerji sərf edilib. Nəticədə mütəxəssislər termonüvə sintezi vasitəsilə 2.5 MC enerji əldə edə biliblər. 2 nəfər mütəxəssis təsdiqləyib ki, həqiqətən də bu təcrübələr zamanı əldə edilmiş enerji miqdarı gözlənildiyindən daha çox olub.

Məlumatı təsdiqləmiş mütəxəssislər anonim qalmağı xahiş ediblər. Belə ki, aparılmış təcrübələrin nəticələri hələ tam şəkildə yoxlanılmayıb. Termonüvə sintezi reaksiyası Livermor Milli Laboratoriyasına məxsus olan National Ignition Facility (NIF) adlı kompleksdə işə salınıb. Sözügedən elmi obyektin yaradılması üçün 3.5 milyard dollar vəsait sərf edilib. İlk əvvəllər sözügedən kompleks hərbi nüvə partlayışlarının modelləşdirilməsində istifadə edilib. Müəyyən müddətdən sonra isə kompleksdə termonüvə sintezi üzrə təcrübələrə start verilib. Bununla belə alimlərin sözlərinə əsasən yaxın onilliklər ərzində termonüvə elektrostansiyalarının istifadəyə verilməsini gözləmək lazım deyil.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap