AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Google Chrome-da login və şifrədən istifadə etməyərək müxtəlif resurslara giriş funksiyası istifadəyə verilib

15.12.2022 /

Google şirkəti elan edib ki, Chrome brauzerində giriş açarları funksiyası artıq hamı üçün istifadəyə verilib. Sözügedən funksiya istifadəçilərin qəliz şifrələri yadda saxlamağa ehtiyac duymadan müxtəlif resurslara daxil olmaları üçün nəzərdə tutulub. Giriş açarları funksiyası Chrome brauzerinin Windows 11, macOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulmuş son versiyasında istifadəyə verilib. Müasir zamanda login və şifrə istifadəsilə reallaşdırılan ənənəvi autentifikasiya üsulu heç də etibarlı olmaya bilər. Özəl məlumatların və ya hansısa resurslarda mövcud olan istifadəçi hesablarının etibarlı şəkildə qorunması üçün istifadəçilərdən uzun və qəliz şifrələrin yaradılması ilə yanaşı bu cür şifrələrin generasiya edilməsi və saxlanması üçün lazım olan şifrə menecerlərindən istifadə də tələb edilir.

Giriş açarları daha effektiv təhlükəsizlik səviyyəsini təqdim edirlər. Giriş açarının bir hissəsi müəyyən tokendən ibarət olur və həmin token birbaşa istifadəçi cihazının yaddaşında saxlanılır. Bu və ya digər resursa giriş etmək istəyən zaman istifadəçi cihazında olan token müvafiq sayt və ya tətbiq ilə əlaqə yaradır. Bu halda müvafiq sayt və ya tətbiqdə daxil olmaq üçün nəzərdə tutulmuş istifadəçi şifrəsini daxil etməyə ehtiyac qalmır. Nəticədə şifrəni oğurlamaq da mümkün olmur. Tokenin təqdim edilməsi üçün sistem istifadəçidən kimliyini təsdiq etməyi tələb edir. Məsələn bunu smartfondakı barmaq izi skanı vasitəsilə reallaşdırmaq olar.

Bu mexanizm eyni üsul ilə brauzerin veb versiyasında da çalışır. Nəticədə istifadəçi sözügedən üsulu dəstəkləyən istənilən sayt ilə tətbiqdə login-şifrə kombinasiyasından istifadə etməyərək girişi reallaşdıra bilər. Kompüterdə istifadəçinin kimliyini təsdiq etmək üçün isə Windows Hello tətbiqindən istifadə edilə bilər. Sözügedən tətbiq üz və barmaq izi skanı imkanını özündə birləşdirir. Həmçinin kompüter üzərindən bu üsul ilə müəyyən resursa və ya tətbiqə giriş etmək istəyən istifadəçi öz kimliyini həmçinin USB açar və ya skan özəlliklərinə sahib smartfonu vasitəsilə də təsdiq edə bilər.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap