AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Şekspir-in 'Hamlet' pyesi DNT-yə yazılıb və yazılmış məlumatlarda açar sözlər əsasında axtarış aparılıb

16.12.2022 /

DNT əsasında məlumatların saxlanması sistemlərinin hazırlanması ilə məşğul olan Catalog Technologies şirkəti öz inqilabi nailiyyəti barəsində xəbər verib. belə ki, şirkət DNT-də şifrələnmiş məlumatlar arasında sürətli paralel axtarışa nail ola bilib. DNT ilə çalışma prosesi öz sürəti ilə fərqlənmir. Lakin Catalog Technologies şirkəti bu prosesləri sürətləndirməyin yolunu tapıb. Perspektiv baxımından bu cür nailiyyət məlumatların inanılmaz dərəcədə sıxlıqla yazılması imkanına sahib yeni nəsil məlumat daşıyıcılarının yaradılmasına gətirib çıxarda bilər. Catalog Technologies şirkəti sintetik nukleotidlərdən hazırlanmış DNT-də məlumatların yazılması və oxunması sistemlərinin hazırlanması ilə məşğuldur.

Təbiətdə bioloji məlumat 4 nukleotid tərəfindən yazılır. Əgər bu məhdudiyyətdən yan keçilsə, məlumatların kodlaşdırılmasını 2, 3 dəfə və ya daha çox yüksəltmək olar. Bu isə öz növbəsində kodlaşdırılan məlumatların sıxlıqlarının artması deməkdir. Nəticədə DNT-dən ibarət olan 1 qramm məhlulda 200 PT (petabayt) həcmində məlumat saxlamaq olar. Məlumatların müasir yazılma üsulları isə bu cür imkana sahib deyillər. Catalog Technologies şirkəti aparmış olduğu təcrübə çərçivəsində nisbətən böyük həcmli məlumatların DNT-yə yazılması və daha sonra yazılmış məlumatlar arasında açar sözlər üzrə axtarışın aparılmasını sərgiləyib.

Beləliklə təcrübə çərçivəsində Şekspir-in “Hamlet” faciəsinin 17 000 sözdən ibarət böyük hissəsi şirkətin xüsusi təchizatı vasitəsilə DNT-yə yazılıb. DNT-yə yazılmış məlumatlar heç bir ilkin emal prosesindən keçməyiblər. Məlumatların yazılması və onların arasında açar sözlər əsasında axtarışın aparılmasına bir neçə dəqiqə vaxt sərf edilib. Əvvəllər isə bu cür sürət mümkün deyil idi. Nəticədə sistem axtarış sözü əsasında məlumatlardakı bütün hissələri tapa bilib. DNT ilə reaksiyaların baş verməsinə səbəb olan kimyəvi proseslər paralel olduqları üçün emal edilən məlumatların hansı həcmdə olmalarının bir fərqi yoxdur. Bu, 17 000 söz, 170 000 söz və ya 17 milyon söz də ola bilər. Gələn il şirkət DNT-yə yazılmış 100 milyon söz arasında axtarış prosesini reallaşdırmağı planlaşdırır. 

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap