AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Google şirkətinin növbəti AR eynəyi barəsində yeni məlumatlar verilib

16.12.2022 /

Google şirkəti öz yeni AR eynəyini hələ anons etməsə də, onun barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə şirkətin yeni AR eynəyi barəsində məlumatları 9to5google saytı təqdim edib. Verilmiş məlumata əsasən Google şirkətinin yeni AR eynəyini daha öncəki Google Glass-dan fərqləndirəcək əsas özəlliklərdən biri də o olacaq ki, onda sensorlu panellər vasitəsilə idarəetmə sistemi reallaşdırılmayacaq. Bunun əvəzinə şirkət alternativ variantlardan birini istifadə edəcək. Google şirkətinin daha öncəki AR eynək prototiplərində şirkət müxtəlif idarəetmə üsullarından istifadə edib.

Onların arasında səsli əmrlər, gözlərin hərəkəti ilə reallaşdırılan idarəetmə və eynəyin gövdəsində sensorlu idarəetmə paneli olub. Verilmiş yeni məlumata əsasən isə Google şirkəti növbəti AR eynəyində tamamilə fərqli idarəetmə sistemini test edir və test edilən idarəetmə sistemi Google tərəfindən alınmış Noth adlı şirkətin texnologiyası əsasında hazırlanıb. Qeyd etmək lazımdır ki, North şirkəti Focals adlı smart eynəklərin hazırlanması ilə məşğul olurdu. Focals smart eynəklərinin idarəsi isə üzük formasında olan kiçik ölçülü cihaz vasitəsilə reallaşdırılırdı.

Məlumata əsasən Google şirkətinin yeni AR eynəyində idarəetmə sistemi buna bənzər üsulda reallaşdırılacaq. Bununla yanaşı şirkət alternativ variant kimi smart qolbağı da nəzərdən keçirdir. Məlumata əsasən kiçik ölçülü üzük formasında idarəetmə cihazı halında o, fiziki düymələrdən məhrum olacaq. Smart qolbaq formatında idarəetmə üsulu halında isə qolbaq sensorlu panelə və vibrasiya funksiyasına sahib olacaq. Google şirkətinin yeni AR eynəyinin final dizaynının necə olacağı, nə zaman təqdim ediləcəyi və nə zaman satışa çıxacağı bilinmir.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap