AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Şərqşünaslıq İnstitutu akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirəcək

22.12.2022 /

Müasir dövrdə qadınlar müxtəlif sahələrdə kişilərlə çiyin-çiyin çalışır və bir çox uğurlara imza atırlar. Belə ki, tarixə nəzər salsaq diplomatik əlaqələr quran, Nobel və digər mükafatlara layiq görülən, aviasiya sahəsində hünər göstərən, elmdə öz töhfəsini verən və s. kimi  qadınları görmək mümkündür. Belə qadınlardan biri də Azərbaycanın görkəmli oftalmoloq-alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, akademik Zərifə Əziz qızı Əliyevadır.

6-7 mart 2023-cü il tarixlərində AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu Zərifə xanım Əliyevanın xatirəsini əziz tutaraq anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfrans təşkil edəcək. Konfrans Misir Ərəb Respublikası Milli Məclisinin Bint Bələd üzrə Qadınlar Cəmiyyəti, İraq Respublikası Strateji Araşdırmalar mərkəzi, Çin Xalq Respublikasının Hebey Universiteti, Rusiya Federasiyasının Tarix, İqtisadiyyat və Hüquq Elmi-tədqiqat İnstitutu və Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun iştirakı ilə onlayn keçiriləcək.

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslq İnstitutu beynəlxalq konfransa tezislərin qəbulunu elan edir.

Konfransın əhatə etdiyi mövzular:

  1. Tarix və ədəbiyyatda qadın;
  2. Elm və təhsildə qadın;
  3. İncəsənət və mədəniyyətdə qadın;
  4. Müasir dövrdə qadın problemləri;
  5. Günümüzdə qadın.

Tezislər  Azərbaycan, türk, ingilis, rus, ərəb dillərində qəbul edilir. 

Məruzə tezislərinin mətni 200-250 sözdən ibarət olmaqla, Microsoft Word redaktorunda “Times New Roman” şriftilə - 14, sətirlərarası interval 1,5 olmaqla yazılmalıdır. Tezislər konfransın elektron ünvanına [email protected] göndərilməlidir.

Tezislərin qəbulunun son tarixi 20 yanvar 2023-cü ildir. Qəbul olunan tezislərin elanı 10 fevral 2023-cü ildir.

Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117 (AMEA-nın Əsas binası,VII mərtəbə, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq)

Tel.: (+994 55) 392 96 41

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap