AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Yer kürəsindən 16 işıq ili uzaqlığında bizim planetimizə bənzəyən iki yeni ekzoplanet kəşf edilib

22.12.2022 /

İspan alimlər öz yeni tədqiqatlarında Yer kürəsindən cəmi 16 işıq ili uzaqlığında GJ 1002 adlı ulduz ətrafında dövr edən iki yeni ekzoplanetin kəşf olunduğunu açıqlayıblar. Kosmik nöqteyi nəzərdən bu, Yer kürəsinə çox yaxın məsafədir. Məlumatda qeyd edilib ki, kəşf edilmiş yeni ekzoplanetlər Yer kürəsinə çox bənzəyirlər və onlar həyat üçün münbit şəraitə sahib ola bilərlər. Aşkar edilmiş iki yeni ekzoplanetdən biri GJ 1002b, digəri isə GJ 1002c adını əldə edib. Onlar GJ 1002 adlı qırmızı cırtdan (parlaqlığı Günəşin parlaqlığından daha aşağı səviyyədə olan ulduz növü) ətrafında dövr edirlər. Alimlərin sözlərinə əsasən sözügedən ulduzun parlaqlıq səviyyəsi və temperaturu çox aşağıdır.

Buna görə də onun yaşayış zonası (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) Günəşin yaşayış zonasından daha kiçikdir. Bu cür ulduzların yaşayş zonalarında yerləşən planetlərdəki temperatur göstəricisi adətən nə çox yüksək nə də çox aşağı olur. “Hal hazırda biz bilirik ki, bu iki planet ölçü və kütlə baxımından Yer kürəsinə bənzəyir. Lakin onların səthlərində suyun və üstəlik hansısa həyat növünün mövcud olub-olmadığını söyləmək üçün hələ çox tezdir. Bunları müəyyənləşdirmək üçün biz daha ətraflı araşdırmalar aparmalıyıq” - deyə alimlər qeyd ediblər. GJ 1002b və GJ 1002c adlı planetləri aşkar etmək üçün alimlər kosmosda bu planetlərin yerləşdikləri regionun 100-dən çox fotosunu müşahidə ediblər və ulduz işığının analizini aparıblar.

Nəticədə əldə edilmiş məlumatlar kosmosun bu regionunda Yer kürəsinə bənzəyən iki ədəd ekzoplanetin mövcud olduğunu göstəriblər. Alimlərin sözlərinə əsasən GJ 1002 ulduzuna bu iki ekzoplanetdən ən yaxın məsafədə yerləşəni GJ 1002b-dir. O, ulduz ətrafında tam dövrü 10 günə reallaşdırır. GJ 1002c adlı ekzoplanet isə öz ulduzundan bir qədər aralıda yerləşir və onun ətrafında tam dövrü 20 günə reallaşdırır. Hal hazırda alimlər öz sas diqqətlərini bu ekzoplanetlərin atmosferlərini araşdırmağa yönəldiblər. Onlar əsasən bu planetlərin səthlərində suyun və atmosferlərində oksigenin olub-olmadığını təyin etmək istəyirlər. 

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap