AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Miranda bir kilometrlik toz təbəqəsi ilə örtülüb

26.12.2022 /

Uran planetinin peyklərindən biri olan Mirandanın diametri 500 kilometrdən az olsa da, çoxlu sayda qaya və uçurumlara malikdir. Eyni zamanda, səthi qalın tozla örtülüdür.

SETI İnstitutunun (Kaliforniya) tədqiqatçıları Mirandanın reqolit təbəqəsinin qalınlığını foto əsasında hesablamağa çalışıblar. Bunu müəyyənləşdirmək üçün alimlər Mirandanın səthindəki meteorit kraterlərə diqqət yetiriblər. Bəzi kraterlərinin relyefi hamar vəziyyətdədir, digər kraterlər isə tozdan “təmizdir”. Tozlu və tozlu olmayan eyniölçülü kraterlərin görünüşü fərqli olduğu üçün toz qatının dərinliyini təxmin etmək olar: bunun 300 ilə 1200 metr arasında, orta hesabla bir kilometr olduğu ortaya çıxıb.

Reqolit təkcə kraterləri deyil, Miranda səthinin qalan hissəsini də qalın təbəqə ilə əhatə edir ki, bu da onu bəlkə də ən “tozlu” kosmik cismə çevirir. Ayda reqolit təbəqəsinin onlarca metr, cırtdan planet Sererada təxminən 300 metr, ən böyük asteroidlərdən biri olan Vestada isə bir kilometrə qədər olduğu güman edilir.

Alimlər Mirandanın qalın reqolit təbəqəsi üçün üç mənbə təklif etdilər. Birincisi, onun böyük kosmik cisimlə toqquşmasından sonra səthi tozla örtülə bilərdi. Lakin fotoda belə toqquşmanın izi yoxdur. İkincisi, Mirandanın geoloji cəhətdən daha aktiv olduğu dövrdə reqolitin mənbəyi kriovulkanlar ola bilərdi. Üçüncü versiya isə Mirandanın tozu ətrafdan “toplaması”dır. Tozun mənbəyi Uranın böyük bir kosmik cisimlə toqquşması ola bilər. Həmin toqquşma zamanı yaranan dağıntı və toz Mirandada toplanıb. Peykin səthi o zaman mövcud olan kraterlərlə birlikdə qalın reqolit təbəqəsi ilə örtülüb və sonradan yaranan yeni kraterlər artıq tozsuz olub. Bu, bəzi kraterlərin niyə “təmiz”, digərlərinin isə tozlu olduğunu izah edir.

AzərTac

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap