AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

James Webb teleskopu erkən kainatda Süd Yoluna bənzəyən spiral qalaktikalar aşkar edib

11.01.2023 /

James Webb kosmik teleskopu alimlərin, qalaktikaların təkamüllərinə yenidən nəzər yetirmələrinə imkan verəcək yeni kəşfi edib. Belə ki, kosmik teleskop bizdən 11 milyard işıq ili uzaqlığında Süd Yolu qalaktikasına bənzəyən qalaktikalar aşkar edib. Söhbət, bara (qalaktik diskdə ulduzlardan və qazdan ibarət uzunsov struktur) sahib spiral qalaktikalardan gedir. Bu cür qalaktikalarda isə yeni ulduzların yaranması prosesi daha aktiv şəkildə baş verir. James Webb-in bu yeni kəşfinin əsas maraqlı tərəfi ondan ibarətdir ki, bara sahib spiral qalaktikalara əsasən Böyük partlayışdan uzun müddət sonra rast gəlinir. James Webb tərəfindən aşkar edilmiş qalaktikalar isə kainatın erkən dövründə mövcud olublar.

 

Mövcud olan fərziyyəyə əsasən nüvədən deyil, ondan daha uzaq məsafədə başlayan qalaktik qolları olan bara sahib spiral qalaktikalarda bar strukturu qazın, qalaktikanın mərkəzinə istiqamətlənməsini təmin edən faktor rolunda çıxış edir. Bu isə öz növbəsində adi spiral qalaktikalardan fərqli olaraq daha çoxlu sayda yeni ulduzun yaranmasına gətirib çıxarır. Böyük partlayışdan uzun müddət sonra bu cür prosesi müşahidə etmək normal haldır. Lakin kainatın erkən dövrlərində bu prosesin getməsi qalaktikaların təkamüllərini əhatə edən modellərə birbaşa ziddir.

 

Texas Universitetinin alimləri James Webb tərəfindən çəkilmiş fotolarda bara sahib 2 spiral qalaktikanı təyin ediblər. Onlardan biri EGS-23205, digəri isə EGS-24268 adlanır. EGS 23205 öz növbəsində bizdən 10.7 milyard işıq ili, EGS-24268 isə 11 milyard işıq ili uzaqlığında yerləşir. Qeyd etmək lazımdır ki, Hubble kosmik teleskopu daha öncə EGS-23205-in fotosunu çəkmişdi. Lakin Hubble tərəfindən çəkilmiş fotolarda bar strukturu görünmürdü. Yalnız James Webb tərəfindən bu qalaktikanın əldə edilmiş təkrar fotosunda onun bara sahib olduğu müəyyənləşib. 

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap