AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər digər ulduz sistemində Yer kürəsi ölçüsündə yeni ekzoplanet kəşf ediblər

12.01.2023 /

NASA-nın kosmik teleskoplarından biri olan Transiting Exoplanet Survey Satellite (TESS) TOI 700 adlı ulduz sistemində Yer kürəsi ölçüsündə ikinci planeti kəşf edib. Kəşf edilmiş yeni planetdə potensial olaraq su və hətta həyat növü mövcud ola bilər. Bu, çox unikal bir hadisədir. Belə ki, tədqiq edilmiş ulduz sistemlərinin çoxu Yer kürəsi standartlarına cavab verən planetlərə ümumiyyətlə sahib deyil. Ekzoplanetlərin axtarışı üçün nəzərdə tutulmuş TESS teleskopu NASA tərəfindən 2018-ci ildən istifadə edilir. Bu müddət ərzində sözügedən teleskop təsdiqlənmiş 285 ədəd ekzoplanet və ekzoplanet statusuna namizəd olan 6000-dən çox kosmik obyekt kəşf edib. Kəşf edilmiş ekzoplanetlər arasında isə TOI 700 ulduz sistemində yerləşən TOI 700d adlı ekzoplanet ümidvericidir.

İndi isə alimlər təyin ediblər ki, sözügedən planet oxşar göstəricilərə sahib qonşu planetə sahibdir. Bu barədə ik məlumat 2021-ci ilin oktyabr ayında ortaya çıxmışdı. Növbəti araşdırmalar isə bu məlumatları təsdiqləyiblər. 2020-ci ildə alimlər TOI 700 ulduzu ətrafında 3 ədəd planet kəşf etmişdilər. Qeyd etmək lazımdır ki, sözügedən ulduz Yer kürəsindən 100 işıq ili uzaqlığında yerləşir. Bu ulduz qırmızı cırtdan sinifinə daxildir və o öz ətrafında yerləşən planetlərdə potensial olaraq mövcud ola biləcək həyat növlərini məhv edə biləcək qeyri-adi aktivlik sərgiləmir. Kəşf edlmiş 3 planetdən ikisi ulduza yaxın məsafədə yerləşir. Lakin TOI 700d adlı planet nəzəri cəhətdən həyat üçün münbit şəraitə sahib ola biləcək planetə bənzəyir. O, Yer kürəsindən təqribi olaraq 20% daha böyükdür və öz ulduzu ətrafında tam dövrü 37 günə reallaşdırır. Planetin səthindəki temperatur suyun maye şəklində mövcud olması üçün uyğundur.

Məsələn alimlərin son araşdırmalarına əsasən Mars və hətta Veneranın səthində belə uzaq keçmişdə su mövcud olub. Alimlərin hesablamalarına əsasən TOI 700e planetinin ölçüsü Yer kürəsi ölçüsünün 95%-nə bərabərdir. O öz ulduzu ətrafında tam dövrü 28 günə reallaşdırır. Sözügedən planet TOI 700c ilə TOI 700d planetlərinin arasındakı orbitdə yerləşir. Bundan əlavə olaraq planet öz oxu ətrafında elə bir sürətlə frılanır ki, onun yalnız bir tərəfi ulduza tərəf istiqamətlənmiş olur. Bu baxımdan planet Ayı xatırladır. TESS teleskopu TOI 700 ulduz sisteminə bir həftədən sonra yenidən nəzər yetirəcək. Bundan əlavə olaraq alimlər digər teleskoplar vasitəsilə də müşahidələr aparmağı planlaşdırırlar.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap