AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Akademik Rasim Əliquliyev: “Professor Əsgər Abdullayev Azərbaycanda avtomatik idarəetmə sahəsində elmi məktəb yaratmış görkəmli alimdir”

12.01.2023 /

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu və Moskvada yaşayan Azərbaycanlıların Milli-Mədəni Muxtariyyət təşkilatının dəstəyilə AMEA-nın müxbir üzvü, professor Əsgər Abdullayevin həyat və yaradıcılığına həsr olunmuş onlayn konfransda çıxış edərək onun Azərbaycan elminə verdiyi töhfələrdən danışıb, eyni zamanda görkəmli alimlə bağlı xatirələrini bölüşüb.

Akademik Rasim Əliquliyev Azərbaycanda avtomatik idarəetmə nəzəriyyəsi və neft-qaz sənayesinin avtomatlaşdırılması sahəsində tanınmış alim prof. Əsgər Abdullayevin bu istiqamətdə yüksəkixtisaslı kadrların yetişdirilməsi, elmi tədqiqatların əsasının qoyulması, eləcə də xüsusi bir elmi müəssisənin yaradılması kimi çətin və şərəfli missiyanı uğurla yerinə yetirdiyini qeyd edib.

Akademik diqqətə çatdırıb ki, 50-ci illərdən başlayaraq Azərbaycanda bir sıra gənc alim və mütəxəssislər SSRİ-nin müxtəlif aparıcı ali təhsil ocaqlarına göndərilmiş, qayıtdıqdan sonra ölkəmizdə müvafiq sahələrdə elmi məktəblərin əsasını qoymuşlar. 1949-cu ildə prof. Əsgər Abdullayev də Moskvada Avtomatika və Telemexanika Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olmuş, 1953-cü ildə namizədlik və 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.

Zəngin elmi-nəzəri və pedaqoji fəaliyyəti ilə yanaşı, prof. Ə.Abdullayev həm də avtomatika və idarəetmə sahəsində müxtəlif kitab və dərsliklərin müəllifidir. Onun Azərbaycan dilində yazılmış “Avtomatik tənzimləmə” kitabı indiyədək ali məktəb tələbələrinin əsas tədris vəsaitlərindəndir.

R.Əliquliyevin sözlərinə görə, prof. Ə.Abdullayev Azərbaycanda neft mədənlərinin kompleks avtomatlaşdırılması üçün avtomatik idarəetmə sistemlərinin yaradılması və geniş tətbiqi üzrə mühüm işlər görmüş, bu sahədə elmi məktəb yaratmışdır. Onun rəhbərlik etdiyi “Neftqazavtomat” Elmi-Tədqiqat Layihə İnstitutunun kollektivinin işləyib hazırladıqları intellektual sistemlər, avtomatik qurğular həm ölkə daxilində, həm də digər Sovet ölkələri və onun hüdudlarından kənarda geniş şəkildə tətbiq olunmuşdur.

“Prof. Ə.Abdullayev 50 illik elmi fəaliyyəti dövründə Azərbaycanda müxtəlif təyinatlı informasiya-hesablayıcı sistemlərinin də əsasını qoymuşdur. Həmin ideyalar zaman keçdikcə müasir texnologiyaların meydana gəlməsi ilə daha da aktuallaşır, alim və mütəxəssislərdən yeni yanaşma tələb edir”, – deyə alim əlavə edib.

Ulu Öndər Heydər Əliyevin ölkəmizdə avtomatik sistemlərin yaradılması, informatika elminin inkişafı və neft-qaz sənayesində qabaqcıl texnologiyaların tətbiqinə xüsusi önəm verdiyini söyləyən akademik R.Əliquliyev onu da əlavə edib ki, Ümumilli Lider prof. Ə.Abdullayevin elmi fəaliyyətinə hər zaman diqqət və qayğı ilə yanaşmış, onun həyata keçirdiyi ideyaları və innovativ layihələri daim dəstəkləmişdir. Böyük alim Azərbaycanda texnika sahəsində ilk dəfə SSRİ Dövlət Mükafatı laureatı, SSRİ Nazirlər Soveti mükafatı laureatı olmuş, həmçinin Əməkdar mühəndis adına layiq görülmüşdür.

Sonra AMEA-nın vitse-prezidenti  görkəmli alim prof. Ə.Abdullayevlə bağlı xatirələrini bölüşüb. Onun əsl Azərbaycan ziyalısı və bir alim kimi intellektual, son dərəcə tələbkar və ciddi bir insan olduğunu söyləyib.

Akademik Rasim Əliquliyev prof. Ə.Abdullayevin həyatı və elmi yaradıcılığının öyrənilməsinə, bununla bağlı arxiv sənədlərinin araşdırılmasına xüsusi diqqət ayrılmasının vacibliyini önə çəkərək alimin 95 illik yubileyi çərçivəsində onun Azərbaycan elminə verdiyi töhfələrin geniş şəkildə işıqlandırılması üçün müvafiq təşkilatları birgə fəaliyyət göstərməyə çağırıb.

ict.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap