AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Caspian Energy Forum dünyanın 20 ölkəsində təşkil olunacaq

17.01.2023 /

Caspian Energy Club-un 20 illik yubileyi çərçivəsində dünyanın 20 ölkəsində Caspian Energy Forum təşkil ediləcək.

Klubun yaydığı məlumatlarda bildirilir ki, tədbirlərdə Xəzər-Qara dəniz və Baltikyanı ölkələrin dövlət qurumlarının, eləcə də dövlət və özəl şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak edəcəklər.

Caspian Energy Forum çərçivəsində post-sənaye iqtisadiyyatının müasir inkişafı modelləri, yaşıl enerji, rəqəmsal transformasiya və Orta Dəhlizin inkişaf perspektivləri müzakirə olunacaq. Caspian Energy Forum-da həmçinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin müzakirəsi və Forbes Caspian Energy jurnalının xüsusi buraxılışının təqdimatı keçiriləcək.

Caspian Energy Forum müxtəlif ölkələrin dövlət qurumları və özəl sektoru arasında beynəlxalq işgüzar əməkdaşlığın təşkili, biznes sektorunun qorunması və inkişafı üçün yerli təşəbbüslərin öyrənilməsi üçün yaradılmış unikal imkanlar təqdim edən networking platformasıdır. Caspian Energy Forum çərçivəsində neft-qaz və qeyri-neft sektorlarını təmsil edən iri, orta və kiçik şirkətlərin top menecerləri dialoq və sıx əməkdaşlıq qurmaq imkanına sahibdilər.

Caspian Energy Forumunda iştirak edən nüfuzlu spikerlər, region ölkələrinin dövlət strukturlarının rəhbərləri və regionda fəaliyyət göstərən və ya işləmək niyyətində olan şirkətlərin rəhbərləri ilə təmsil olunan Klub üzvləri forum çərçivəsində qarşıya qoyulan mühüm məqsədləri tam şəkildə həyata keçirməyə qadirdilər.

Caspian Energy Forum-un rəsmi hissəsinin sonunda ikitərəfli münasibətlərdə fəal rol oynamış şirkətlər, eləcə də bazar liderləri beynəlxalq Caspian Energy Award və Caspian Business Award mükafatlarına layiq görüləcəklər.

Caspian Energy Forum daha öncə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Çexiya və s. ölkələrdə keçirilmişdir. Dünyanın 50 ölkəsindəki Caspian Energy Forum ticarət nişanı Caspian Energy Club-a məxsusdur və 15 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes – hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

“Biznes-networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Türkiyə, BƏƏ, İsrail, Özbəkistan, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

yenicag.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap