AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər 8.8 milyard işıq ili uzaqlığındakı qalaktikadan radio siqnal qəbul ediblər

23.01.2023 /

Hindistanda yerləşən Giant Metrewave Radio Telescope (GMRT) adlı rəsədxana Yer kürəsindən 8.8 milyard işıq ili uzaqlığında yerləşən qalaktikadan 21 sm-lik dalğa uzunluğuna sahib siqnal qəbul edib. Bu cür siqnala həmçinin neytral hidrogenin radio xətti də deyirlər. SDSSJ0826+5630 adlı qalaktika sözügedən siqnalı 8.8 milyard il bundan öncə ifraz edib. Siqnal öz növbəsində qalaktikadakı qazın miqdarını təyin etməyə yardımçı olub. Bununla yanaşı həmin siqnal sayəsində məlum olub ki, SDSSJ0826+5630 qalaktikasının kütləsi onun daxilində görünən ulduzların ümumi kütləsindən 2 dəfə daha böyükdür. Qalaktikalar geniş diapazonda elektromaqnit şüalanmalar ifraz edirlər.

Lakin neytral hidrogenin radio xəttini indiyənə kimi daha yaxın və cavan mənbələrdən əldə etmək mümkün olub. Daha uzaq qalaktikalardan bu cür uzun dalğalı siqnalların qəbul edilməsinin çətinliyi ondan ibarətdir ki, uzun məsafələrin qətt edilməsi zamanı bu cür siqnalların dalğalarının uzunluqları yüksəlir. Bu isə öz növbəsində dalğaların enerjilərinin azalmasına səbəb olur. Alimlər isə sözügedən siqnalı qravitasiya linzası üsulu ilə aşkar ediblər. Ümumi nisbilik nəzəriyyəsinə əsasən kütləyə sahib obyektlər fəza və zamanı təhrif edirlər.

Obyektin kütləsi nə qədər böyükdürsə, fəza və zaman daha güclü şəkildə təhrif olunur. Bu halda yüksək kütləyə sahib obyektin yanından keçən işığın hərəkət trayektoriyası da təhrif olunur. Nəticədə işığın mənbəyi göy üzündə bir neçə nöqtədə ortaya çıxa və siqnalın gücü yüksələ bilər. SDSSJ0826+5630 adlı qalaktika tərəfindən ifraz edilmiş radio siqnal isə digər qalaktika tərəfindən 30 dəfə daha da gücləndirilib. Nəticədə Yer kürəsində yerləşən teleskop həmin siqnalı qəbul edə bilib. Bu o deməkdir ki, gələcəkdə bu cür siqnalları digər uzaq qalaktikalardan qəbul etmək mümkün olacaq.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap