AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

İctimaiyyətlə əlaqələrə məsul əməkdaşlarla görüş

25.01.2023 /

Yanvarın 25-də Elm və Təhsil Nazirliyində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nazirliyin tabeliyinə verilən institutlarının ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları ilə görüş keçirilib.

Görüşün məqsədi ictimaiyyətlə əlaqələrin daha yaxşı qurulması və effektiv kommunikasiya fəaliyyətinin müzakirəsi olub.

Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxış edərək elmin populyarlaşmasında ictimaiyyətlə əlaqələrin rolu, nəzəri araşdırmaların praktik təqdimatı, bir sıra maraq doğuran layihələr vasitəsilə gənclərin elm sahəsinə cəlbinin zəruriliyini diqqətə çatdırıb.

İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov öz növbəsində birgə əməkdaşlığın təşkili, kommunikasiyanın müxtəlif alətlər vasitəsilə qurulması, elmlə bağlı vizual keyfiyyətin artırılması, bu sahədə görülən işlərin daha geniş şəkildə işıqlandırılması, institutlarla ali təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin qurulması məsələlərinə toxunub.

Görüşdə institutların müvafiq əməkdaşları çıxış edərək fəaliyyət istiqamətləri, internet resursları və gördükləri işlər barədə məlumat veriblər.

 

Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Aygün Əliyeva çıxış edərək rəhbərlik etdiyi şöbənin işçi heyətindən, fəaliyyət istiqamətlərindən və qarşıda duran hədəflərdən bəhs edib. A.Əliyeva institutun www.isi.az veb səhifəsi və müxtəlif sosial şəbəkə hesabları, o cümlədən facebook qrupu və səhifəsi, linkedin səhifəsi, youtube kanalı və KİV-lə əməkdaşlıq barədə məlumat verib. 

Sonda iştirakçılarla müzakirələr aparılıb. Müzakirələrdə görülən işlərin cəmiyyətə düzgün çatdırılması, vahid şəbəkələşmə mühitinin yaradılması, bacarıqların təkmilləşdirilməsi yönündə təlim, seminarların vacibliyi, eləcə də digər məsələlərə toxunulub.

edu.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap