AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

DİM Kompüterdən İstifadəyə dair Beynəlxalq Lisenziya (ICDL) proqramı vasitəsilə Azərbaycanda ilk dəfə ICDL Artificial Intelligence – Süni intellekt imtahanını təqdim edir

26.01.2023 /

Süni intellekt (Aİ) texnologiyası bu gün dünyada baş verən rəqəmsal transformasiyanın əsas istiqamətlərindən biridir və tanınmış şirkətlər, müəssisələr və elektron platformalar süni intellektdən istifadə edərək böyük dəyişikliklər yaratma potensialı olan nailiyyətlərə imza atırlar.

Qlobal iqtisadiyyata sıx inteqrasiya olunan və dünyadakı müasir trendlərdən kənar qalmayan Azərbaycan üçün bu texnologiyaların inkişaf etdirilməsi vacibliyini nəzərə alaraq Dövlət İmtahan Mərkəzi Kompüterdən İstifadəyə dair Beynəlxalq Lisenziya (ICDL) proqramı vasitəsilə ən qabaqcıl beynəlxalq rəqəmsal bacarıqlar üzrə sertifikat olan – ICDL – Süni intellekt imtahanını namizədlərə təklif edir. Qeyd olunan istiqamətdə ICDL imtahanı kifayət qədər uğurlu beynəlxalq təcrübədir və rəqəmsal bacarıqlarını sertifikatlaşdırmaq istəyən namizədlər üçün ən çox müraciət olunan beynəlxalq sertifikatdır.

Namizədlər ICDL Süni intellekt imtahanı üzrə rəsmi e-kitab və praktiki materialları, həmçinin diaqnostik test imkanını qeydiyyatdan keçdikdən sonra Skillsbox Test adlı sistem vasitəsilə əldə edə bilərlər.

Qeyd edək ki, Süni intellekt imtahanına əlavə olaraq, ICDL namizədlərə Cloud Computing, Big Data, Internet of things (IoT) imtahanlarını da təklif edir.

Xatırladaq ki, DİM Azərbaycanda ICDL imtahanlarını təşkil edən yeganə akkreditasiya olunmuş test mərkəzidir.

ICDL 100-dən artıq ölkədə 17 milyondan çox insanın kompüterdən və kompüter proqramlarından istifadə etmək üçün lazım olan rəqəmsal bacarıqlarını ölçən beynəlxalq dərəcəli sertifikatlaşdırma proqramıdır. Namizədlər ixtisas və peşə tələblərinə uyğun olaraq ICDL-in müvafiq modullarından imtahan verib, sertifikat ala bilərlər.

Qeydiyyat və ətraflı məlumat üçün buraya daxil ola bilərsiniz: https://dim.gov.az/activities/exams/ICDL/

dim.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap