AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“Gənc müəllimlərin III Şəbəkələşmə Forumu” keçirilib

31.01.2023 /
 Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı və TutorLab.az-ın tərəfdaşlığı ilə “Gənc müəllimlərin III Şəbəkələşmə Forumu” keçirilib.
 

Forumda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, TutorLab.az-ın rəhbəri Azad Manaflı, təhsil ictimaiyyətinin nümayəndələri və müəllimlər iştirak ediblər. Tədbirdə, həmçinin AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) elmi işçisi Səyyarə Hidayətzadə iştirak edib. 

 

Tədbir Dövlət Himninin səsləndirilməsi, Vətən uğrunda canlarından keçən şəhidlərimizin və Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumunun qarşısını alan zaman həlak olan baş leytenant Orxan Əsgərovun əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tədbiri giriş sözü ilə açan AGMA-nın sədri Rüfət Əsədzadə Assosiasiyanın fəaliyyəti  barədə ətraflı məlumat verib.

 

BŞTİ-nin müdiri Mehriban Vəliyeva son illərdə gənc müəllimlərin peşəkarlıq səviyyəsindən, ölkəmizdə təhsil sahəsində həyata keçirilən mühüm təşəbbüslərdən söhbət açıb.

 

Digər çıxış edənlər hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini bildiriblər. Bundan əlavə, Vətən Müharibəsində qəhrəmanlıq tariximizinin yeni salnaməsini yazanlar arasında gənc müəllimlərin, həmçinin onların yetirmələrinin də olmasının qürurverici olduğunu söyləyiblər.

 

Forumda musiqiçilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

 

Daha sonra Forum spikerlərin çıxışları ilə davam edib.

 

“Məktəb-valideyn münasibətləri”, “Müəllimin insan mühəndisliyi”, “Medianın gözündə müəllim imici”, “Danlayaq, ya danlamayaq?” və digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb.

 

Sonda AGMA-nın kurslarında fəal iştirak edən müəllimlər təltif olunublar.

baku.edu.gov.az

 
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap