AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Google süni zəka vasitəsilə axtarış mövzusuna həsr edilmiş xüsusi tədbir keçirdəcək

06.02.2023 /

Google xüsusi tədbir keçirdəcək və həmin tədbir çərçivəsində axtarış və süni zəka texnologiyaları barəsində danışacaq. Planlaşdırılan tədbir Parisdə baş tutacaq. Tədbirin keçirilmə tarixi isə 8 fevraldır. 8 fevral tarixində baş tutacaq tədbir çərçivəsində Google süni zəka imkanları vasitəsilə axtarış, analiz və insanların məlumatlarla qarşılıqlı əlaqələrini necə dəyişəcəyi barəsində danışacaq. Bununla yanaşı şirkət bildirib ki, məlumatları axtarmaq prosesi əvvəlkindən daha təbii və intuitiv olacaq. Qeyd etmək lazımdır ki, keçən ilin sonunda istifadəyə verilmiş süni zəka əsaslı ChatGPT çat-botu Google şirkətinin narahatçılığına səbəb oldu.

Şirkət rəhbərliyi və əməkdaşları düşünürlər ki, sözügüdən çat-bot şirkətin axtarış sistemləri bazarındakı liderliyini əlindən ala bilər. Buna görə də Google son həftələr süni zəka sahəsində yeni məhsullarının hazırlanmasına aktiv start verib. Google şirkətinə digər böyük zərbəni Microsoft vura bilər. Belə ki, Microsoft OpenAI şirkətinin ChatGPT texnologiyasında yüksək potensial görərək şirkətə külli miqdarda investisiya yatırmağa hazırlaşır. Həmçinin ortaya çıxmış yeni məlumatlara əsasən Microsoft yaxın həftələrdə ChatGPT-nin yeni versiyasını özünün Bing axtarış sisteminə inteqrasiya etməyi planlaşdırır.

Lakin Micrsofot ChatGPT-ni təkcə Bing-ə inteqrasiya ilə kifayətlənmək niyyətində deyil. Şirkətin planları arasında süni zəka əsaslı çat-botun digər servislərə inteqrasiyası da var. Onlara misal olaraq Teams-i və ya Word platformasını gətirmək olar. Google şirkətinin gələn həftə keçirəcəyi tədbir barəsində ətraflı məlumat yoxdur. Heç istisna deyil ki, şirkət tədbir çərçivəsində artıq mövcud olan servislərinin yeni imkanları barəsində danışsın. Belə ki, Google şirkətinin Maps və Translate kimi servislərinə süni zəka alqoritmləri aktiv şəkildə inteqrasiya edilir.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap